19:27, 22 Noyabr 2017 (Çərşənbə) 26

Daha 2 rayonda icbari tibbi sığorta layihəsi tətbiq edilə bilər

Daha 2 rayonda icbari tibbi sığorta layihəsi tətbiq edilə bilər
Növbəti ildə Azərbaycanın daha iki rayonunda icbari tibbi sığortanın tətbiqi layihəsi həyata keçirilə bilər.

"Report"un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

"İcbari tibbi sığorta üzrə 2 rayonda pilot layihə həyat keçirilib. Bu, öz müsbət nəticələrini verir. Hazırda proqramın ilkin nəticələrinin təhlilinə ehtiyac var. Növbəti ildə daha iki rayonda belə layihənin həyata keçirilməsi nəzərdə tutulur", - deyə nazir qeyd edib.

O, ölkənin neftin satışından əldə etdiyi gəlirlərin gəlirlərinin böyük hissəsi ehtiyatlara yönəldildiyini bildirib.

"Səhiyyə sahəsində xərclərin artırılmasına ehtiyac var. Lakin xərclərlə gəlirlər uzlaşmalıdır. Gəlir olmayan yerlərdə xərclərin artımı qısa müddət çəkə bilər. Optimal səviyyədə xərclərimizi tənzimləməliyik. Qeyri-neft sektorundan gəlirlər hesabına büdcənin gəlirlərini artırmalıyıq", - deyə S.Şərifov vurğulayıb.