Siyasət

"Cümhuriyyəti quranlar nə ilə fəxr edərdilər, 160 siyasi məhbusla?"

16 Mart, 2018
1820
Müxalifət liderləri və tarixçilər İlham Əliyevin Cümhuriyyət qurucuları ilə bağlı fikirinə münasibət bildiriblər.

Martın 15-də İlham Əliyev "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda keçirilən VI Qlobal Bakı Forumundakı çıxışında cümhuriyyət qurucularından da bəhs edib. 

O bildirib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək: "İlk dəfə Şərqdə Azərbaycan xalqı 100 il əvvəl demokratik cəmiyyət quruculuğunu həyata keçirib. İlk dəfə Şərqdə qadınların səsvermə hüququ təmin edilib və bir çox Avropa ölkələrindən əvvəl qadınlara səs hüququ verilib. Ancaq təəssüf ki, iki il sonra Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulub. Müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir. Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik".

Bəs, görəsən, cümhuriyyət qurucuları indiki Azərbaycanla fəxr edərdilərmi?

"Azərbaycanda cümhuriyyət dəyərlərinə əməl etməyən, azad, demokratik, hüquqi olmayan bir dövlət qurulub".

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Toplum Tv-yə açıqlamasında qeyd edib. 
 


Onun sözlərinə görə, cümhuriyyət qurucuları bu gün sağ olsaydı, indiki Azərbaycanla fəxr etməzdilər:  "Azərbaycan xalqı durduqca, cümhuriyyət qurucuları ilə daim fəxr edəcək. Çünki bu cümhuriyyət Qafqazın 3-də 2 ərazisində 114 min kvadrat kilometr ərazidə yaranmışdı. O həm də demokratik bir cümhuriyyət idi. Bu gün nəinki Azərbaycana, hətta bütün dünyaya nümünə ola biləcək bir demokratik cəmiyyət qurulmuşdu. Azad cəmiyyət və hüquqi dövlət mövcud idi. Düşünmürəm ki, cümhuriyyət qurucuları bu gün sağ olsaydı, indiki Azərbaycanla fəxr edərdilər. Əvvəla, ona görə ki, Azərbaycanın böyük bir hissəsi itirilib. Həm də ona görə ki, Azərbaycan bu gün cümhuriyyət qurucularının arzuladığı azad, demokratik və hüquqi dövlət deyil. Azərbaycan demokratiyanın səviyyəsinə görə dünyada sonuncu yerdədir. Ancaq korrupsiyanın səviyyəsinə görə dünyada ilk yerlərdədir. 1918-1920-ci illərdə yaranan dövləti 1991-ci ildə bərpa etdik və 1992-1993-cü illərdə hakimiyyətdə olduğumuz dövrdə həmin cümhuriyyətin ənənələrinə sadiq olan bir dövlət quruculuğu işinə başladıq. Təəssüf ki, 1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra ölkədə bu proses dayandırıldı. Təəssüf ki, bu gün Azərbaycanda yaranmış siyasi vəziyyət, ölkədə mövcud olan durum onunla fəxr etməyə imkan vermir. Onun nəticəsidir ki, Azərbaycan vətəndaşlarının bir çoxu həm siyasi, həm iqtisadi problemlər ucbatından ölkəni tərk etməkdədirlər”.

"Azərbaycanın müstəqilliyini görsəydilər, bununla fəxr edərdilər”.
 
 
Tarixçi Altay Göyüşov isə hesab edir ki, Azərbaycanın müstəqilliyini görsəydilər fəxr edərdilər, lakin cumhuriyyət qurucuları cumhuriyyətçi idilər: "Sözsüz ki, Azərbaycanın müstəqilliyini görsəydilər, bununla fəxr edərdilər. Amma dövlət quruluşuna görə cümhuriyyət qururdular. Bu gün həmin cümhuriyyət yoxdur. Azərbaycana demokratik respublika qurulmuşdu. Demokratik respublika odur ki, ölkədə seçkili hakimiyyət orqanları olur. Ölkədə məhkəmə hakimiyyəti icra hakimiyyətindən müstəqil fəaliyyət göstərir. Bu gün bunların heç biri Azərbaycanda yoxdur. Cümhuriyyəti quranlar cümhuriyyətçi idilər və düşünmürəm ki, fəxr edərdilər. Onlar deyərdi ki, biz Azərbaycanı bu şəkildə görmək istəməzdik”.

"Bu işğalla necə fəxr etmək olar?"
 
 
Milli Şuranın sədri Cəmil Həsənli açıqlamasında vurğulayıb ki, ölkədə fəxr ediləsi bir durum yoxdur: "Nə ilə fəxr edərdilər? Cümhuriyyət qurucuları çox qısa bir müddətdə Azərbaycanın suverenliyini Qarabağın dağlıq hissəsində də bərpa eləmişdilər və Azərbaycan bayrağını orada da dalğalandırmışdılar. Amma 25 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20%-i işğal altındadır. Bu işğalla necə fəxr etmək olar? Cümhuriyyət qurucuları 76 dollar həcmində olan minimum əmək haqqı ilə fəxr edərdilər, ya 160 nəfər siyasi məhbusla? Cümhuriyyət qurucuları demokratik prinsiplərə içdən bağlı olan adamlar idilər. Fikir müxtəlifliyi, mətbuat azadlığı, söz azadlığı var idi, ölkədə müxalifət mətbuatı çıxırdı. İndiki Azərbaycanda bunların hansı mövcuddur ki, cümhuriyyət qurucuları da bununla fəxr etsinlər? O cümhuriyyətin ki, 100 illiyi qeyd edilir və İlham Əliyev bununla bağlı sərəncam verir, o sərəncamda isə həmin cümhuriyyət liderlərinin heç birinin adı yoxdur".

"O vaxt daha demokratik dövlət qurulmuşdu"

 
ReAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlının sözlərinə görə, bu gün fəxr olunası ancaq odur ki, Azərbaycan müstəqil dövlətdir: "Bu gün fəxr olunası ancaq odur ki, Azərbaycan müstəqil dövlətdir. Öz ordusu, atributları, xarici siyasəti və s. Qısası beynəlxalq hüququn subyektidir. Təəssüf doğuran tərəflər odur ki, 20-ci əsrin əvvəllərində daha inkişaf etmiş və demokratik dövlət qurulmuşdu. O dövlət inkişaf etsə idi, 21-ci əsrin bu günlərində daha irəliyə getmiş bir dövlət modeli mümkün idi. Yəni güclü, hərtərəfli inkişaf etmiş iqtisadiyyatı, azad bazarı ilə, insan hüquq və azadlıqlarına hörmət edən belə bir dövlət ola bilərdi. Amma bu gün ailə hakimiyyəti qurmaq istəyən iqtidar özünü cümhuriyyətlə eyniləşdirə, onu özünə yaxın tuta bilməz. Ovaxtkı cümhuriyyəti quran şəxslər sözün əsl mənasında zadəganlar, bəylər nəslindən çıxmış insanlar idi. İndiki hakimiyyətdəkilər isə zadəgan deyil, amma özlərini zadəgan kimi aparırlar. ADR-də olanlar isə zadəgan olmalarına baxmayaraq, özlərini xalqdan biri kimi aparırdılar".

"Azərbaycanın tarixindəki 4 fərqli rejimi müqayisə etsək görərik ki, mülkiyyət toxunulmazlığı yalnız iki dönəmdə olub. Çar Rusiyası və ADR dövründə. Nə SSRİ, nə də indiki dövrdə mülkiyyət hüququndan söhbət gedə bilər. Bizim indiki iqtidarımız sovet nomenklakturasından gələn insanlardır. Sovet dövründəki xətti davam etdirirlər. Ondakından fərqli olaraq oğrudurlar və öz şəxsi mənafelərini düşünürlər. Heç bir ideologiyaları yoxdur. Hansı ki SSRİ-də də heç olmasa, bir ideologiya var idi", - Azər Qasımlı deyib. 

Martın 15-də Azərbaycanda VI Qlobal Bakı Forumu keçirilib. 

Forumda Türkiyə baş naziri Binəli Yıldırım da çıxış edib. 

O deyib ki, Türkiyə 3 milyondan çox suriyalı qaçqına ev sahibliyi edir. Ancaq dünya bu böhranı aradan qaldıra bilmir.

Türkiyənin baş naziri Qarabağ münaqişəsindən də danışıb: "Dağlıq Qarabağ da Azərbaycanın qanayan yarasıdır. Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox insanı qaçqın və məcburi köçkün düşüb. İnanıram ki, gec-tez haqq yerini tapacaq, yanlışlığa yol verənlər cavablarını alacaqlar".

Forumda həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim edilib. Ona bu mükafatın təhsil və mədəniyyət sahəsində xidmətlərinə görə verildiyi qeyd edilib.

Azadlıq Radiosunun xəbərinə görə, üç gün davam edəcək bu tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə qatılıb. 

Qlobal Bakı Forumu 2013-cü ildən fəaliyyətə başlayıb. Forumun təşkilatçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir.

 
Alya Ağayeva,
Toplum.Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo