20:40, 16 Aprel 2018 (Bazar ertəsi) 262

Cümhuriyyət dövründə... - VİDEO

 
 
 
Cümhuriyyət dövründə...

1918-ci ilin 9 noyabrında  üçrəngli bayraq milli bayraq kimi təsdiq olundu.

Hüseyn Ərəblinskinin rəhbərliyi altında Azərbaycan Dövlət Teatrı fəaliyyətə başladı. 

1919-cu ilin martında Bakıda türk dilində ilk böyük kitabxana fəaliyyətə başladı. 

Dövlətin rəsmi orqanı "Azərbaycan" qəzeti nəşr olunurdu. 

1918-1920-ci illərdə Bakı, Gəncə və digər şəhərlərdə 9 adda qəzet və jurnallar nəşr edilirdi.
 
Qori seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildən Qazağa köçdü. 

Bakı, Gəncə və Şəkidə qızlar üçün gimnaziyalar fəaliyyət göstərdi. 

Dərsliklərin hazırlanması üzrə komissiya yaradıldı. 

1919 – cu ildə Azərbaycanda ilk universitetin əsası qoyuldu. 

1919- cu ilin sentyabrında 100 nəfər azərbaycanlı gənc Fransa , İtaliya , Böyük Britaniya , Rusiya və Osmanlı dövlətlərinə ali təhsil almağa göndərildi.

1918-ci ilin 22 iyun qərarı ilə taxıl, mal-qara və digər ərzaq məhsullarının ölkədən kənara daşınması qadağan edildi. 

1920 –ci ilin mart ayında  hökumət əhaliyə torpaq sahələri verən qanunu qəbul etdi. 

1918 –ci il sentyabrda " Bakı Bonu" adlanan pul vahidi dövriyyəyə buraxıldı. Nəsib bəy Yusifbəyli milli pul vahidinin dəyərinin möhkəmlənməsi üçün neftin milli valyuta ilə satılmasını təklif etdi. 1919- 23 avqustda - Azərbaycan vətəndaşlığı haqqında fərman imzalandı. 

1918-ci ilin 7 dekabrında demokratik parlament öz fəaliyyətinə başladı. Bütün xalqlara bərabər seçki hüququ qanunla təsbit edildi. Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. 

1919-cu ilin yanvarında Qarabağ general-qubernatorluğunu yaradıldı.

1920 – ci ilin 11 yanvarında " Antanta" Ali Şurasında AXC-nin müstəqilliyi de-fakto tanındı.

Ofelya Ramilqızı
Toplum Tv