Siyasət

CNN "Emin Ağalarov və Tramp" dan yazdı

12 Yanvar, 2017
1547
"Emin fantastik idi” – bunu yeni seçilən ABŞ prezidenti Donald Trump 2013-cü ilin 11 noyabrında azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov haqda Twitterdə yazıb. Və Trumpın bu tvitini Amerikanın CNN televiziyası "Trumpın Rusiya əlaqələri budur” adlı yazısına nümunə kimi qoyub.

Yazının əvvəlində Trumpın 2017-ci ilin 11 yanvarında yazdığı tvit gəlir: "Rusiya heç vaxt mənə təsir etməyə cəhd etməyib. Mənim Rusiya ilə etməli heç nəyim yoxdur- nə iş, nə kreditlər. Heç nə!”

Ancaq CNN yada salır ki, 2013-cü ildə Donald Trump Azərbaycanlı milyarder Araz Ağalarovla Moskvada Kainat Gözəli- "Miss Universe” yarışmasını keçirdi.

Həmin vaxta aid tvitində Donald Trump Araz Ağalarova yazırdı "Sizinlə və ailənizlə möhtəşəm həftəsonu keçirdim. Siz FANTASTİK iş gördünüz. Növbəti – Moskvada Trump Qülləsidir. Emin fantastik idi”.

Yeri gəlmişkən, CNN öz yazısında Eminin o vaxtki klipini yada salmır, ancaq Donald Trump Eminin klipində də çəkilib. Və buna görə heç bir qonorar istəməyib. Klipin qısa məğzi budur ki, şirkət rəhbəri (Trump) iclas keçirir, işçilərdən birinə (Eminə) deyir ki, "nə olub sənə?" "Emin, yuxudan oyan".

Sonda isə Trump məşhur ifadəsini işlədir: "mən səndən bezdim. Sən işdən qovuldun"
 


​Moskvada Trump Qülləsinə gəldikdə, CNN yazır ki, "bu qüllə tikilməmiş yıxıldı”. ”CNN Moskvada bu adda sona çatmış layihə tapa bilmədi”.

CNN Trumpın Rusiya ilə əlaqələri haqda bütün mümkün məlumatları toplayıb.

Növbəti fakt mətbuatdan çoxdan məlumdur -Trump Palm Beach-dəki villasını Rusiyalı milyarder Dmitry Rybolovlevə 95 milyon dollara satıb.

CNN-in Trumpın Rusiya əlaqələrinə çəkdiyi digər misal, Bayrock Group şirkətinin Floridada və Nyu Yorkda Trump binalarının tikintisini maliyyələşdirməsidir. Bayrock Group-ukeçmiş SSRİmiqrantları yaradıb. Bu şirkətRusiya və Qazaxıstandan olan maliyyə ilə işləyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo