14:23, 15 Fevral 2018 (Cümə axşamı) 119

Cənubi Afrika prezidenti istefa verib

Cənubi Afrika prezidenti istefa verib
Jacob Zuma Cənubi Afrikanın prezidentliyindən istefa verib. Bu, öz partiyasının təzyiqi altında baş tutub və Zuma-nın doqquz illik hakimiyyətinə son qoyub.

Zuma fevralın 15-də televiziyayla çıxışında deyib ki, istefası dərhal qüvvəyə minir, amma Afrika Milli Konqresi (ANC) partiyasının qərarıyla razı deyil.

ANC 75 yaşlı prezidentdən ya istefa verməyi, ya da parlamentdə ona etimad səsverməsinin keçirilməsini tələb edirdi.

Zuma-nı ANC lideri, ölkənin prezident müavini Cyril Ramaphosa əvəzləyəcək. İrqçilik dövründə ANC-in hərbi qanadının üzvü olmuş Zuma 2009-cu ildən hakimiyyətdə idi.

Onun adı korrupsiya da daxil bir neçə qalmaqalda hallanırdı.