22:39, 05 Fevral 2018 (Bazar ertəsi) 1215

"Cəmiyyətə nağıl danışırlar"- VİDEOREPORTAJ

Prezident İlham Əliyev fevralın 5-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
 
Sərəncama əsasan, prezident seçkisi 2018-ci il aprelin 11-də keçiriləcək. 

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanovun fikrincə, bu addımın məntiqi izahı yoxdur. Yəni hakimiyyət nümayəndələri də bu qərarın hansı səbəbdən verildildiyini əsaslı şəkildə izah edə bilməyiblər. 

Seçki məsələləri üzrə ekspert Bəşir Süleymanlı isə bu addımın məqsədli şəkildə atıldığını deyir.

Bəs paytaxt sakinləri nə düşünür? 
 
Toplum.Tv bununla bağlı vətəndaşlar arasında da sorğu keçirib. Onların da bu mövzuya cavabları fərqli və maraqlı olub. 

Xatırlatma
 
2017-ci il 26 sentyabrda keçirilən referendumda seçki məcəlləsinə dəyişiklik edilərək, prezidentə növbədənkənar seçki təyin etmə hüququ verilib. 

Hazırladı:
Ofelya Ramilqızı