Siyasət

Cəmil Həsənli: "Sosial sarsıntılar olacaq" - MÜSAHİBƏ

15 Dekabr, 2016
2122
Cəmil Həsənli: "Real birlik yoxdursa, süni şəkildə bunu yaratmağa çalışmaq lazım deyil"

Milli Şuranın sədri Cəmil Həsənli Toplum.Tv-yə müsahibə verib. Son vaxtlar ölkədə baş verən ictimai-siyasi prosesləri, iqtisadi durum və siyasi təşkilatların fəaliyyəti ilə bağlı aktual mövzuları əhatə edən müsahibəni təqdim edirik:  

– Cəmil bəy, Azərbaycanı hazırki durumunu necə qiymətləndirirsiniz? 

- Artıq hakimiyyətin Azərbaycanı aparıb çıxardığı yerə gəlib çıxmışıq. Cəmiyyət çox ağır sosial, iqtisadi maliyyə böhranının içərisindədir. Hər gün bahalaşma davam edir, devalivasiyanın adı üzən məzənnə olsa da, faktiki olaraq, üzən məzənnə dövründə devalivasiyanın həddi 2015-ci ilin dekabrın 21-də olan ikinci devalivasiyanın həddindən demək olar ki, 2 dəfə yuxarıdır. Yəni elə bil ki, iki dəfə 2015-ci ilin dekabrın 21-dəki devalivasiya aktı həyata keçirilib və məzənnə üzə-üzə gəlib o birdəfəlik devalivasiya həddini iki dəfə aşıb. Bu da qiymətlərin bahalaşmasına, insanların gəlirlərinin azalmasına, insanların aldığı əməkhaqqı və pensiyaların, sosial yardımların dəyərsizləşməsinə gətirib çıxardıb. Məsələn deyək ki, müəllim və ya pensiyaçı vaxtı ilə 180-200 manat əməkhaqqı alırdısa, adekvat şəkildə bu 200 manat 250 dollara bərabər idi. İndi o 200 manat, yaxud 250 manat faktiki olaraq, öz dollar məzənnəsin iki dəfə aşağı salıbdı. Amma respublikadan kənara hər hansı bir vətəndaşın məcburiyyət ucbatından getməsi gərək olanda onun əlində yəni aldığı aylıq vəsait demək olar ki, iki dəfə öz dəyərini itiribdi. İki dəfədən bir az aşağıdır, amma bu gün-sabah iki dəfə həddinə gəlib çıxacaq. Əslində, elə iki dəfədən artıqdır, çünki vaxtilə dollar 78 qəpik idi. İndi 1,78-dən yuxarıdır. 1 manat 80 qəpik ətrafında dolların məzənnəsi müəyyən edilir. Bu 2,2 dəfə deməkdir. Ona görə də cəmiyyətin kütləvi şəkildə yoxsullaşması fonunda, enerji daşıyıcılarının qiymətlərində xüsusilə qazın qiymətinin 100% qaldırılması, elektirik enerjisinin qiymətinin qaldırılması, əhalini daha da yoxsullaşdırır. Bu şəraitdə insanlar öz ərzaq büdcəsindən kəsib, bu artırılmış enerji daşıyıcılarının qiymətini ödəmək məcburiyyətində qalacaq. Bu da sosial sarsıntılarsız keçməyəcək. 

– Ölkənin bu durumunda müxalifət partiyaları, siyasi təşkilatlar niyə bir araya gəlmirlər? 

- Əvvəla, belə bir vəziyyətin yaranması müxalifət partiyalarının bir arada olmaması ilə bağlı deyil. Vaxtı ilə biz Milli Şura olaraq "Talana və yalana son” mitinqləri keçirdik. Sentyabr ayının 11-də, 17-də bu vəziyyəti qabaqcadan görürdük. Milli Şuraya AXCP, bir sıra digər partiyalar, eyni zamanda NİDA Vətəndaş Hərəkatının üzvləri daxildir. Burada QHT sektorunda çox tanınmış adamlar, müstəqil ziyalılar, təmsil olunur. Biz bir müqavimət və Azərbaycan cəmiyyətinin etirazçı mərkəzi kimi fəaliyyət göstəririk. Bilirsiniz, birlik, real əsaslar üzərində qurulmalıdır, uzun müddətli məqsədlərə xidmət etməlidir. Hər dəfə qısa müddətli olaraq birləşib və ondan az sonra dağılmaq cəmiyyətdə müəyyən neqativ meyillər yaradır, müəyyən ümidsizliklər yaradır. Əgər real birlik üçün bir sosial sifariş olacaqsa və partiyalar, təşkilatlar, hərəkatlar bunu zəruri biləcəklərsə, bu, baş tutacaq. Amma hələ ki, real birlik yoxdursa, süni şəkildə bunu yaratmağada çalışmaq lazım deyil. 

– Xalqda siyasi partiya və təşkilatlara qarşı sanki bir inamsızlıq var. Bu inamsızlığın kökündə nələr dayanır? 

- Birinci növbədə qorxu, hakimiyyətin yeritdiyi repressiv siyasət dayanır. Məsələn, bizim bu ilin sentyabrında keçirdiyimiz mitinqlərdən sonra necə kütləvi həbslərin olmasından xəbərdarsınız. Kütləvi həbslər zamanı 300-dən artıq fəal vətəndaş, AXCP və Milli Şuranın üzvü polis idarələrinə çağırılıb, hədələnib, qorxudulublar. Kimin valideyini işləyirsə, işdən çıxarılmaqla, kimin övladı ali məktəblərdə oxuyursa, oradan azad olunmaqla, qovulmaqla hədələnib. İndiyə qədər belə hal olmamışdı ki, mitinqdə iştirakına görə müəllimi işdən azad etsinlər. Amma bildiyiniz kimi, artıq bu halda özünü büruzə verdi. Ayrı-ayrı gənclərin cibinə narkotika atıb saxta ittihamlarla 5-10 ilə yaxın iş verirlər. Yəni bütün bunlar hamısı repressiv addımlardır və cəmiyyəti qorxutmağa hesablanıb. Belə bir şəraitdə bunu müxalifət partiyalarının addımları ilə əlaqələndirmək doğru olmazdı. Azad seçki keçirilsin, onda kimin güclü olduğu ortaya çıxacaq. Baxın, biz mitinq keçiririk. Bu mitinqə bütün polis idarələri tökülüb gəlirlər. Müxtəlif yerlərdə kameralar qururlar. Bu kameralarla mitinqə gələn insanların foto-şəkilini böyüdürlər, onların karikaturasını hazırlayır və bunlardan insanlara təsir vasitəsi kimi istifadə edirlər. Ölkədə azad mühit olmayandan sonra vətəndaşın hansısa siyasətçini dəstəkləyib-dəstəkləmədiyini müəyyən etmək çox çətindir. Ona görədə qərar vermək olmaz ki, əhali, yaxud vətəndaşlar müxalifəti dəstəkləmir. Bu, bir az yanlış təsəvvür yaradır. 

– Milli Şuranın 2017-ci il üçün planları nədir? 

- Həyatın irəli sürdüyü, Azərbaycan cəmiyyətinin tələb etdiyi, sifariş etdiyi və ehtiyac duyduğu bütün məsələlər Milli Şuranın 2017-ci il planlarına daxildir.

– Sosial və iqtisadi böhranla bağlı tədbirləriniz olacaqmı? Kütləvi etirazlar gündəmdədirmi?

- Bu məsələləri biz Milli Şuranın koordinasiya mərkəzində müzakirə edirik və müvafiq qərarlar verilir. Qərar veriləndə də mətbuata açıqlama verilir. Belə bir kütləvi aksiya keçirilsə, qabaqcadan ictimayətə məlumat veriləcək.

Vüsal Əfəndi 
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo