Siyasət

Cəbhəçilərin şikayəti təmin edilməyib

17 Mart, 2018
752
Martın 16-da Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati həbs cəzası alan 6 fəalının şikayətinə baxılıb. Bu barədə AzadlıqRadiosu-na gənclərin vəkili Əshabəli Mustafayev bildirib.

Vəkil deyib ki, müdafiə tərəfi prosesdə inzibati cəza almış gənclərin həbslərinin qanunsuz olması barədə vəsatətlər qaldırıb:

"Həmin gənclərin hamısına "polisin qanuni əmrinə tabe olmamaq” kimi ittiham irəli sürülüb. Bunu əsassız sayırıq. Belə ki, həmin gənclər müxalif qüvvələrin martın 10-na təyin etdiyi mitinqlərdən öncə polis orqanlarına çağırılmağa başlayıblar. Onlar da rəsmi çağırış olmamasına baxmayaraq polis orqanlarına gediblər. Belə halda hansı müqavimət və ya tabe olmamaqdan danışmaq olar. Biz də bu şəxslərin polisə yaxınları, qohumları və başqa şəxslərlə getdiklərini bildirdik, həmin şəxslərin dindirilməsini istədik”.

Vəkil deyir ki, məhkəmə hər hansı səbəb gətirmədən bu və ya başqa vəsatətləri qəbul etməyib. Rayon məhkəmələrinin qərarı dəyişmədən qüvvədə saxlanıb.


"Yəqin ki, bundan sonra qərarın surətini alan kimi Avropa İnsan haqları Məhkəməsinə müraciət edəcəyik”, - deyə vəkil vurğulayıb.

Vəkilin bu açıqlamasına hələlik nə Bakı Apelyasiya Məhkəməsinin, nə də Daxili İşlər Nazirliyinin münasibətini almaq mümkün olub.

Verilən məlumata görə, AXCP Rəyasət Heyətinin üzvi Aqil Məhərrəmli, Xətai şöbəsinin üzvi Tahir Ağayev, Binəqədi şöbəsi sədrinin müavini Yalçın Abdullayev, şöbənin üzvi Hikmət Əliyev 15 sutka inzibati həbs alıb. Xətai rayon şöbəsi sədrinin müavini Faiq Nağıyevlə, Binəqədi şöbəsinin üzvi Bəşir Tarverdiyevin isə 20 sutka azadlıqdan məhrum edildiyi açıqlanıb.

AXCP-dən bildirildiyinə görə, mitinqdən öncə bir çox fəallar polisə çağırılaraq hədələnib. Onlardan yalnız 6-na inzibati cəza verildiyi bildirilir.

Buna da bax: Milli Şura və Müsavat birgə mitinq keçirdi [fotolar]

Təşkilatçılardan Müsavat Partiyası rəhbərliyi də mitinq ərəfəsində 20-dən çox fəallarının polisə çağrılaraq hədələndiyini açıqlamışdı. Bu partiya da baş verənləri mitinqlə izah etmişdi.

Ancaq bu deyilənləri hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmamışdı.

Milli Şuranın bundan öncəki aksiyaları ərəfəsində də onlarla müxalif fəalların polisə çağırıldığı bildirilirdi. Hətta bəzi fəallara polisə müqavimət ittihamı ilə sutkalıq inzibati həbslər də verilmişdi.

Müxalifət baş verənləri hakimiyyətin aksiyaların kütləvi olacağından çəkinməsi kimi izah edirdi. Hakimiyyəti müdafiə edənlər isə deyirdilər ki, müxalifət belə fikirləri səsləndirməklə aksiyalara az adamların qatılmasına «don geydirməyə» çalışır.

Buna da bax: Əliyev: 'Demokratik inkişafla bağlı yeni addımlar atılacaq'

Üstəlik, prezident İlham Əliyev də çıxışlarında bəyan edib, ölkədə sərbəst toplaşmaq azadlığı tam qorunur.

Martın 10-da Milli Şura və Müsavat Partiyası Bakıda birgə mitinq keçiriblər. Aksiya şəhər rəhbərliyi ilə razılaşdırılıb.

Mitinqdə «Monarxiyaya son», «Siyasi məhbuslara azadlıq», «Korrupsiyaya son», «Bahalaşmaya etiraz edirik» və başqa bu kimi şüarlar səsləndirilib.

Bakı Şəhər Baş Polis İdarəsi bildirib ki, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo