Siyasət

Camal Əlini Gürcüstana buraxmadılar

21 Aprel, 2017
533
Aprelin 19-da Meydan TV-nin əməkdaşı Camal Əli Berlindən Tiflisə gedərkən havalimanında gömrük əməkdaşları tərəfindən saxlanılıb.

Camal Əliyə onu Gürcüstana buraxa bilməyəcəklərini deyiblər. Ancaq səbəbini izah etməyiblər.

Hava limanı polisində səhər 5-dək saxlanıldıqdan sonra ona geriyə bilet alıb, Berlinə yola salıblar.

"Dedilər: "Sistemdə yoxlamaq üçün adınızı daxil etdik. Sizi ölkəyə buraxa bilmərik”, - yazıldı. Əlavə söz deyə bilməyəcəklərini söylədilər”, - Camal Əli bildirib.

Camal Əli aeroportda ona verilən sənədləri imzalamaqdan imtina edib:

"Gürcü dilində başa düşmədiyimi dedim. Bundan sonra pasportumu aldılar. Məni növbəti reysin vaxtı gələnədək müvəqqəti saxlanma otağında tutdular. Hazırda vəkil axtarıram. Pozulmuş hüququmun bərpası üçün bütün vasitələrdən istifadə edəcəyəm”.

2017-ci ilin yanvar ayında Meydan TV-nin "Facebook” səhifəsində yayımlanan sujetdə Camal Əli kilsəyə girərək orada SOCAR-ın qaz verib-vermədiyini soruşmuşdu. Bundan 66 gün sonra, martın sonlarında Tbilisidə Meydan TV əleyhinə aksiya keçirildi. Camal Əlinin posterlərini qaldıran aksiyaçılar sujeti kilsəyə qarşı hörmətsizlik hesab etdiklərini demişdilər.

Camal Əli məhz bu video ilə bağlı onu ölkəyə buraxmaq istəmədiklərini düşünür:

"Çünki həmin vaxtadək bir neçə dəfə Tbilisiyə səfər etmişəm. Heç bir problemlə qarşılaşmamışam. Aksiyadan sonrakı ilk səfərimdə isə məni Gürcüstana buraxmadılar”.
Yanvarda Camal Əlinin sonuncu "Heykəl Baba" adlı repinə görə, qohumları Bakı Şəhər Baş Polis İdarəsinə aparılmışdı. Polislə bir neçə gün sürən danışıqlardan sonra rep "Youtube”dan silindi. Bundan sonra polis ailəni rahat buraxdı.

Camal Əli 2007-ci ildə H.O.S.T qrupunun üzvü olub. 2008-ci ildə qrupu tərk edib. 2012-ci il martın 17-də Bakıda hakimiyyət əleyhinə olan mitinqdə iştirak edərkən, polis tərəfindən həbs olunub. Azadlığa buraxıldıqdan sonra Azərbaycanı tərk edib. Hal-hazırda Berlində yaşayır.

Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo