12:52, 20 Avqust 2018 (Bazar ertəsi) 363

Üç ayda xarici dövlət borcu 2,6% artıb

Üç ayda xarici dövlət borcu 2,6% artıb
Maliyyə Nazirliyi bu ilin birinci rübündə xarici dövlət borcunun vəziyyəti haqda məlumatı açıqlayıb.
 
Məlumatda deyilir ki, il başlayandan borc 244,6 milyon ABŞ dolları və ya 2,6% artıb.

Aprel ayının 1-i vəziyyətinə Azərbaycanın xarici dövlət borcu $9 milyard 642,9 milyona (və ya 16 mlrd. 392,9 mln. manat) çatıb. Bu borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. 

Bu, 2017-ci il üzrə Ümumi Daxili Məhsulun (74,6 mlrd. manat) 22%-i qədərdir. Fevral ayında Maliyyə Nazirliyi ÜDM-ni 70,1 milyon manat həcmində qiymətləndirmişdi.