20:53, 14 Mart 2018 (Çərşənbə) 122

Böyük Britaniya Rusiya diplomatlarını ölkədən çıxarır

Böyük Britaniya Rusiya diplomatlarını ölkədən çıxarır


/ DÜNYA
Moskva Britaniyanın Sovet dövründən qalmış kimyəvi sinir maddəsinin sabiq rusiyalı casus Sergey Skripalı və onun qızı Yuliyanı  zəhərləməsinə dair izahat tələbinə məhəl qoymadıqdan sonra Böyük Britaniya 23 Rusiya diplomatını ölkədən çıxaracağını deyib.

Baş nazir Tereza Mey buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin, Kreml rəsmiləri və oliqarxlarına qarşı aktivlərin dondurulması, Londondakı evlərinin müsadirə edilməsi və həmin Rusiya rəsmilərinə viza qadağası tətbiq edilməsi də daxil olmaqla, iqtisadi müharibəyə başlayacağını bəyan edib.

Baş nazir beynəlxalq müttəfiqləri Britaniyaya qoşularaq dünyanın diqqətini Kreml rəsmilərinə məxsus milyardlarla dollar dəyərində aktivlərə çəkməyə çağırıb.

Rəsmilər təkcə Britaniyanın tədbirlərinin Kremllə əlaqəsi olan rusiyalılara ziyan vuracağını deyib. Britaniya rəsmiləri cinayət maliyyə qanunvericiliyi çərçivəsində rusların aktivlərini müsadirə etmək səlahiyyətinə malikdir.

"Bizim planlarımızın Rusiya üçün ciddi fəsadları olacaq," deyə, yüksək səviyyəli Britaniya rəsmisi Amerikanın Səsinə bildirib.

Kreml Skripalın zəhərlənməsində əli olduğunu rədd edərək, britaniyalıları rusofobiyanı qızışdırmaqda günahlandırır.

"Amerikaninsesi.org"