21:19, 11 Dekabr 2017 (Bazar ertəsi) 257

Böyük Britaniya “Brexit”ə görə 35-39 mlrd funt sterlinq ödəyəcək

Böyük Britaniya “Brexit”ə görə 35-39 mlrd funt sterlinq ödəyəcək


/ DÜNYA
Böyük Britaniya Avropa İttifaqından çıxmaq üçün quruma 35-39 milyard funt sterlinq ödəyəcək.
 
APA-nın verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey deyib.
 
"Ödəniş məbləği artıq müəyyən edilib. Hesablamalara görə, söhbət 35-39 milyard funt sterlinqdən gedir”, deyə T.Mey qeyd edib.
 
Eyni zamanda Mey bildirib ki, ödənişlə  bağlı məsələlər Avropa İttifaqı ilə geniş müzakirə çərçivəsində müzakirə ediləcək.
 
Qeyd edək ki, 23 iyun 2016-cı ildə Böyük Britaniyada Avropa ittifaqından çıxmaqla (Brexit) bağlı referendum keçirilib. Bu il martın 29-da Böyük Britaniya rəsmən ölkənin Avropa İttifaqından çıxma prosesinə başlayıb. Lissabon razılaşmasının 50-ci maddəsinə əsasən Böyük Britaniya 2 il müddətində, 29 mart 2019-cu ilə qədər Avropa İttifaqını tərk etməlidir.