Sosial

"Bütün sahibsiz itlər zərərsiz hala gətiriləcək"

18 Avqust, 2017
1347
"Bu ilin sonuna kimi Bakıda bütün sahibsiz itlər tam zərərsizləşdiriləcək. Hazırda bu istiqamətdə işlər görülür. İnsanlar yenə də ətrafda sahibsiz itlərə rast gələ biləcəklər, lakin onlar rəqəmlənmiş, sterilizasiya edilmiş, peyvəndlənmiş və insan həyatı üçün tam təhlükəsiz olacaqlar”.
 
Bunu APA-ya Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov deyib. 
 
Ə. Əmiraslanov bildirib ki, idarə tərəfindən ay ərzində təxminən 700-800 sahibsiz it götürülərək yoxlanılır və bu məsələdə İDEA İctimai Birliyi yaxından köməklik edir. O qeyd edib ki, sahibsiz itlərin saxlanması, yoxlanılması üçün xüsusi sığınacaqlar mövcuddur və bu gün həmin sığınacaqlarda 600-700 it var: "Sahibsiz itlərlə bağlı idarə, təşkilat, vətəndaşlar telefon və ya yazılı şəkildə idarəyə müraciət edə bilər. Xüsusi ərizə və şikayətlər əsasında ünvanlara gedilir. Hazırda 3 xüsusi təyinatlı maşın və 9 ovçu bu işlə məşğuldur. İtlər xüsusi ləvazimatlar vasitəsilə götürülür, heç bir işgəncə verilmədən - döyülmədən, öldürülmədən xüsusi sahibsiz heyvanlara qarşı mübarizə sahəsində olan əraziyə gətirilir, baytar həkimlər tərəfindən müayinə edilir. Əgər itlərdə insanlar üçün təhlükəli xəstəlik, quduzlaşma aşkar edilərsə, onlar məhv edilərək yandırılır. Sağlam itlər isə tərəfimizdən və heyvansevərlərin gətirdiyi yeməklərlə yemlənir, sulanır və saxlanılır. Bundan əlavə, idarə tərəfindən itlərin çoxalmasının qarşısı alınır. İtlər axtalanaraq sterilizasiya edilir ki, yenidən döl artıra bilməsin. Sonradan isə onlar rəqəmlənərək şəhərə buraxılır. Yalnız müraciət daxil olduğu halda itlər ərazilərdən götürülərək müayinə, müalicə edilir. Amma şəhərdə əgər maşın Səməd Vurğun küçəsinə gedirsə, Bakıxanovda sahibsiz it olarsa, o da götürülür. Hər bir vətəndaş sahibsiz heyvanların, itlərin götürülməsi ilə bağlı günün 24 saatı ərzində 5650926/27 nömrəsi ilə əlaqə saxlaya bilər”.

Sahə rəisi qeyd edib ki, Bakıda sahibsiz itlər ən çox şəhərin giriş hissəsində olur. Onun sözlərinə görə, idarəyə Bayıl, Səbail, Mərdəkan, Xırdalan, Biləcəri ərazisindən daha çox müraciət daxil olur: "İDEA təşkilatı tərəfindən sahibsiz itlərin yoxlanılması üçün Ukraynadan baytar həkimlər dəvət edilib. Bu gün bizdə 1 baytar olduğuna görə işlər sürətli getmir. Lakin Ukraynadan dəvət olunan 2 baytar həkim gəldikdən sonra işlər biraz da sürətlənəcək”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo