Siyasət

"Bütün müraciətlərə baxılıb"- Əfv Komissiyasının üzvü

13 Mart, 2019
1200
"Bu il Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının 10-a qədər iclası keçirildi və 100-lərlə ərazilərə baxıldı".

Bunu Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyir. Onun sözlərinə görə, Əfv Komissiyasının iclasları fevral ayının ortalarından mart ayının ilk ongünlüyünə kimi davam edib.

Ə.Nuriyevin bildirməsinə görə, komissiyada gələn bütün müraciətlərə baxılıb. O qeyd edib ki, müraciətlər tək cəza çəkənlərdən yox, habelə hüquq-müdafiə təşkilatları və məhkumların yaxınlarından da gəlib.

"Müraciət edənlərin arasında siyasi məhbus sayılan şəxslər də varmı" sualını komissiya üzvü ad çəkmədən müsbət cavablandırıb.

"Dediyim kimi, bütün kateqoriyadan olan məhkumların müraciətləri olub, bütün müraciətlərə baxılıb. Amma kimlərin həbsdən azad olunacaqları ölkə prezidentinin müstəsna səlahiyyətidir", - Ə.Nuriyev bildirib.

Əfv sərəncamının nə zaman veriləcəyinə gəlincə Ə.Nuriyev bunları bildirib: "Bunu ancaq ölkə prezidenti bilir. Əfv sərəncamını imzalamaq da onun müstəsna səlahiyyətidir. Odur ki, əfv sərəncamının nə zaman imzalanacağı tarixi barədə heç nə bilmirəm. Amma aydın olan budur ki, yenə də nə qədərsə insan ailəsinə, valideynlərinə qovuşacaq, nə qədərsə körpələrin üzü güləcək".

Azərbaycanda buna qədər sonuncu əfv sərəncamı keçən il mayın 24-də 28 May - Respublika Günü ərəfəsində imzalanıb.

Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı imzalanan həmin sərəncam 634 şəxsə şamil edilmişdi. Onlardan isə yalnız 12 nəfər siyasi məhbus siyahılarında yer alırdı.

Yerli hüquq müdafiəçilərinin hazırladıqları siyahılara görə, Azərbaycanda hazırda 130 civarında siyasi məhbus var.

Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Azadlıq Radiosu

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo