İqtisadiyyat

Büdcənin gəlir və xərcləri artırılır

27 Noyabr, 2018
1429
2019-cu il üzrə Azərbaycanın dövlət büdcəsi gəlirləri və xərcləri artırılır.

"Report"un xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında bildirib. O, büdcəyə deputatların təklifləri nəzərə alınmaqla edilmiş dəyişiklikləri açıqlayıb.

Nazir bildirib ki, ilkin proqnoza nisbətən gəlirlərin 251 mln. manat artırılaraq 23 mlrd. 168 mln. manata, xərclərin isə 410 mln. manat artırılaraq 25 mlrd. 190 mln. manata çatdırılması düşünülür.

S.Şərifovun deməsinə görə, büdcə xərclərinin artımı əsasən Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalardan gözlənilən artım hesabına baş verəcək.

Maliyyə nazirinin deməsinə görə, 2019-ci il üzrə büdcə kəsri 159 mln. manat artırılaraq 2 mlrd. 22 mln. manata çatdırılıb.

Artım haralara yönəldiləcək
2019-ci ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) qaçqın və məcburi köçkünlərin həyat şəraitinin, mənzillə təminatının yaxşılaşdırılmasından ötrü əlavə 200 mln. manat vəsait ayrılması nəzərdə tutulub.

Bunu da maliyyə naziri S.Şərifov Milli Məclisdə deyib.

Nazir büdcənin xərclər hissəsinin 410 mln. manat artırılmasının məqsədləri barədə də danışıb və bir sıra xərc istiqamətlərini açıqlayıb: «Regionlarda məşğulluq üçün əlavə olaraq 80 mln. manat, 2019-2020-ci illərdə dövlət hesabına ali təhsil alanlar və digər təhsil xərclərindən ötrü əlavə 11 mln. manat ayrılacaq.

Bundan başqa, Gənclər Fonduna əlavə 2.7 mln. manat nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 4.4 dəfə çoxdur. Azərbaycan Milli Elmlər Akademiyasına əlavə 800 min manat, yeni doğulmuş eşitmə qüsurlu, ürəklə bağlı problemli uşaqlar üçün əlavə 4 mln. manat, həmçinin, yeni yaradılan təşkilatların maliyyə təminatı məqsədilə 5.5 mln. manat ayrılması nəzərdə tutulur».

Bundan başqa, gələn ilin büdcəsindən kənd təsərrüfatı xərclərinə əlavə olaraq 40 mln. manat ayrılması təklif edilir. Həmçinin, islahatların həyata keçirilməsi ilə bağlı tədbirlərə 256 mln. manat əlavə vəsaitin ayrılması düşünülür.

Nazir bildirib ki, bələdiyyələrə ayrılan dotasiyalar 500 min manat azaldılacaq.

2019-cu il üzrə büdcə layihəsinin Milli Məclisdə müzakirəsi hələ noyabrın əvvəllərində başlamışdı. Deputatlar verilən təkliflərin öz əksini tapmasından ötrü noyabrın 27-nə kimi hökumətə vaxt vermişdi.

Əvvəlki layihədə 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22 mlrd. 917.5 mln. manat nəzərdə tutulmuşdu. Büdcənin xərcləri isə 24 mlrd. 780.1 mln. manat proqnozlaşdırılırdı. Layihədə neftin bir bareli 60 dollar götürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo