17:08, 21 May 2018 (Bazar ertəsi) 99

Bu şəxslərin pedaqoji fəaliyyətinə qadağa qoyulacaq

Bu şəxslərin pedaqoji fəaliyyətinə qadağa qoyulacaq
Azərbaycanda pedaqoji fəaliyyəti qadağan edən halların siyahısı müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bu məsələ prezident tərəfindən "Təhsil haqqında” qanuna əlavə üçün təklif edilən 36-1 (Pedaqoji fəaliyyət ilə məşğul olma) maddəsində əks olunub.

Layihəyə əsasən aşağıdakı şəxslər Azərbaycanda pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;

- ağır, xüsusilə ağır cinayət törətdiyinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;

- fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

- müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər;

Maddədə o da bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyət ilə məşğul ola bilməzlər.

Layihə Milli Məclisin mayın 22-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.