İqtisadiyyat

"Bu sərəncam kağız üzərində qalmamalıdır" - ŞƏRH

26 Fevral, 2018
1318
"Azərbaycanda çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edilib. 

Proqramda çayçılığın inkişafı, tələbatın yerli istehsal hesabına təmin olunması, ixracın artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi nəzərdə tutulur. 

Bəs "çayçılığı inkişaf etdirmək üçün Azərbaycanda şərait varmı, bu sahə ölkə iqtisadiyyatına nə qazandıracaq" sualına isə ekspertlərin münasibəti fərqli olub. 

Vahid Məhərrəmov: "Kağızla problem həll etmirlər”
 
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Toplum Tv-yə deyib ki, bu sərəncam, sadəcə, kağız üzərində qalmamalıdır: "Son vaxtlar, 5-6 ildir ki, bununla bağlı fərmanların, sərəncamların imzalandığını, bəzi proqramların qəbul edildiyini görürük. Nəticə yoxdur. Bizim kənd təsərrüfatı məhsullarına tələbatımız daha çox idxalın hesabına ödənilir. Çay istehsalı ilə bağlı Sovet hakimiyyəti dövründə heç bir proqram yox idi. Heç bir sərəncam, fərman imzalanmamışdı. Ancaq o vaxt 30 min tona yaxın çay istehsal olunurdu ki, bunun da əsas hissəsi Rusiyaya göndərilirdi. Yəni bu gün quru kağızla nəyəsə nail olmaq mümkün deyil. Bu sahədə peşəkarları yetişdirmək lazımdır. Bu sahədə ciddi problemlər var. Kağızla problem həll etmirlər. Seçkiöncəsi bəzi sənədlər imzalamaqla guya bu sahəyə fikir verirlər". 
 

Çayçılıqda problem ondan ibarətdir ki, bu sahəyə lazımi qədər diqqət göstərilmir. Azərbaycan çayçıları məhsul yetişdirə bilmirlər. İstehsal etdikləri məhsulu bazara çıxara bilmirlər. İstehsal prosesi zamanı istehsal vasitələrini əldə edə bilmirlər. İlham Əliyev dövlət proqramını imzalayıb, lakin kənd təsərrüfatına bu gün güzəştli kreditlər verilmir. Mən düşünmürəm ki, bu fərmanlarla, uyduruq dövlət proqramını imzalamaqla çayçılığı inkişaf etdirmək mümkün olsun. "Yol xəritəsi" də var idi, lakin artım baş vermədi. Təbii ki, çayçılığı inkişaf etdirmək olar. Azərbaycanın resursları, potensialı var, iqlim şəraiti buna imkan verir. Lakin peşəkarlar yetişdirmək lazımdır", - ekspert bildirib. 

Vahid Əhmədov: "Çayçılığın inkişafı həmişə ön planda olub”
 
Deputat Vahid Əhmədov isə çayçılığın inkişafının həmişə ön planda olduğunu vurğulayıb: "Çayçılığıni nkişafı həmişə ön planda olub. Biz çayı xaricdən idxal edirik, onun qarşısı müəyyən qədər alınır. Çayçılığı inkişaf etdirmək üçün kifayət qədər imkanımız var. Amma burda həm də emal müəssisələrinin təşkil edilməsi çox vacibdir. Çayçılığın inkişafı bizim üçün vacib bir inkişafdır. Mən bunu müsbət qiymətləndirirəm".

Prezident İlham Əliyev fevralın 12-də "Azərbaycanda çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb. 

Sərəncamda qeyd olunur ki, məqsəd çayçılığın inkişaf etdirilməsi, tələbatın yerli istehsal hesabına təmin olunması, ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.

Sərəncamla dövlət proqramının icrası maliyyə, iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinə, habelə Nazirlər Kabinetinə həvalə edilib. Dövlət proqramında isə vurğulanır ki, "Çayçılıq haqqında” qanunun qəbul edilməsi ölkədə bu sahənin inkişafından ötrü əlverişli mühit yaradıb.

Dövlət proqramının məqsədinə çatmasından ötrü azı 9 vəzifənin yerinə yetirilməsi nəzərdə tutulur. Çayçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlər həyata keçirilməli, normativ hüquqi baza təkmilləşdirilməli, elmi təminat və kadr potensialı gücləndirilməlidir. 

Çay emalı potensialının artırılması, infrastruktur təminatının yaxşılaşdırılması, innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi və investisiyaların cəlbi də vəzifələr sırasındadır. 

2017-ci ildə çay plantasiyalarının sahəsi 1114,3 hektar təşkil edib. Həmin sahələrdə 775,2 ton məhsul istehsal edilib. Azərbaycanda bu yaxınlarda çəltikçiliyin, pambıqçılığın və daha bir neçə sahənin də inkişafı ilə bağlı da oxşar proqramlar qəbul edilib.

Alya Ağayeva
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo