Siyasət

"Bu ölkədə hüquq ölüb"

22 Fevral, 2017
932
Hollandiyada yaşayan videobloger Orduxan Teymurxanın ailə üzvlərinin polis idarəsinə aparılması və orada saxlanılması cəmiyyətdə müxtəlif reaksiyalara səbəb olub. Bu, ilk hadisə deyil. Bundan əvvəl də ictimai-siyasi fəalların yaxınları təzyiqə məruz qaldıqlarını deyiblər.
Image result for Orduxan Temirxan
Hələ 2015-ci ilin oktyabrında yazar Günel Mövludun qardaşları Raci və Vəkil İmanovlar həbs olundular. DİN-in yaydığı məlumatda qeyd olunurdu ki, Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar və onların üzərilərinə keçirilən baxış zamanı marixuana tapılıb. 

Günel Mövlud qardaşlarının onun fəaliyyətinə, konkret olaraq Meydan TV-də redaktorluğuna görə incidildiyini deyirdi. Onların həbsindən sonra ailə üzvləri Günel Mövlüddan imtina etmişdilər. İmanov qardaşları 2016-cı ilin aprelində əhv fərmanı ilə azadlığa çıxdılar. 
Image result for Günel Mövlud
Günel Mövlud

Hazırda Fransada yaşayan "Azadlıq qəzetinin” baş redaktoru Qənimət Zahidin əmisi oğlanları Rövşən və Rüfət Zahidovlar 2016-cı ilin iyulundan həbsdədirlər. Onlar satış məqsədi ilə külli miqdarda narkotik maddənin saxlanmasında ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan mərhum ediliblər. Daha sonra onlar Qənimət Zahid ilə qohumluq əlaqələrindən imtina etdiklərini elan ediblər. 
Image result for Qənimət Zahid
Qənimət Zahid 

Ötən ilin sonlarında Berlində yaşayan siyasi aktivist Həbib Müntəzirin də qohumlarının polis təzyiqinə məruz qaldığı haqda xəbərlər yayıldı. 

Həbib Müntəzir baş verənləri Toplum TV-yə belə şərh edib: "Mütəmadi, ilbəil Azərbaycanda olan qohumlarıma qarşı təzyiqlər olub. Bəzən bu faktlar heç mənə çatmayıb, çünki onlarla əlaqəni kəsmişəm və heç bir halda, onlar cəhd etsə belə, bunu etmirəm. Çünki istəmirəm ki, mənə görə onları incitsinlər. Ən son əmim oğlanlarını polis bölməsində bir-iki gün saxladılar, dayımın qızını işdən çıxardılar. Ailəmə qarşı təzyiqlər bu səviyyədə olub, hələ ki həbs halları, çox şükür, baş verməyib. Qardaşlarım, bacım və atam Berlində, mənim yanımdadırlar”.
Image result for Həbib Müntəzir
Həbib Müntəzir

Hüquqşünas Xalid Bağırov məsələnin hüquqi tərəfinə şərh edərkən Toplum TV-yə deyib ki, ölkədə hüquqla bağlı çox ciddi problemlər var: "Bu ölkədə hüquq ölüb. Ölkə hüquqsuzluq bataqlığında batır. Bu, az deyilmiş kimi, şərəf, insanlıq, vicdan, ləyaqət kimi hisslər də yoxa çıxıb. Məgər hüquq olsaydı, bu cür hadisələr baş verərdi? Camaatın bacısını, körpə uşağını tutub aparırlar, bunun nə hüquqi tərəfi var ki, hüquqi şərh də vermək olsun? Ölkədə bir qrup adam istədiyini edə bilir və nə hüquqi, nə mənəvi məsuliyyətlərə sahib deyil”. 
Konstitusiya günü və ya Azərbaycan sillogizmi
Xalid Bağırov

Vəkil Elçin Sadıqovun yaydığı məlumata görə, bloger Orduxan Teymurxanın iki qardaşı və bacısı oğluna "polisə müqavimət” ittihamı ilə 30 sutkalıq inzibati həbs cəzası verilib. Fevralın 18-də isə onun bacıları saxlanılıb və bir gün sonra azadlığa buraxılıblar. 
Image result for Elçin Sadıqov
Elçin Sadıqov

DİN vəziyyətlə bağlı sualları cavablandırmır. 

Bəhruz Səmədov
Toplum.Tv 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo