10:16, 11 Dekabr 2017 (Bazar ertəsi) 262

Bu il 13 bank filialı bağlanıb

Bu il 13 bank filialı bağlanıb
Bu ilin yanvar-oktyabr aylarında banklara məxsus 13 filial bağlanıb.

Toplum Tv Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, yanvar ayından noyabrın 1-dək bankların ümumilikdə 13 filialı fəaliyyətini dayandırıb.

Belə ki, əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, oktyabrın sonunda bu göstərici 556-ya qədər azalıb. Oktyabrda bankların filiallarının sayı 1 ədəd azalıb.

Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər bu ilin yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, apreldə şöbələrin sayı 142-yə yüksəlib.

Cari ilin 10 ayında ölkədə 31 bank fəaliyyət göstərib.
 
Bu ilin oktyabrında ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi də azalıb. MBNP bildirir ki, noyabrın 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 707.5 mln. manat təşkil edib. Bu da sentyabr ayı ilə müqayisədə 259.4 mln. manat və ya 2.16 faiz azalma deməkdir. Ümumilikdə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 4 mlrd. 230.8 mln. manat və ya 26.54 faiz azalıb.

Ekspertlər hesab edirlər ki, bu göstəricilərin ölkə iqtisadiyyatına mənfi təsirləri qaçılmazdır.