Sosial

Bu gündən 18 marşrut xəttində dəyişiklik edilib

17 İyun, 2017
571
Bakıda keçiriləcək "Formula-1” Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə bu gündən 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.
 
Bakı Nəqliyyat Agentliyindən (BNA) "APA-Economics”ə verilən məlumata görə "Formula-1” Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar olaraq 17 iyun tarixində qismən, 19 iyun tarixində isə tam bağlanacaq yollara görə aşağıdakı marşrut xətlərində dəyişikliklər edilib:
 
- 1 və H1 (Baku Bus) - marşrut avtobuslarının hərəkəti D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. - Y.Səfərov küç. xətti ilə təşkil ediləcək;
 
- 2 nömrəli marşrut  avtobuslarının hərəkəti D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. xətti ilə təşkil ediləcək;
 
- 4 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. -Y.Səfərov küç. xətti ilə təşkil ediləcək;
 
- 5 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. – A.Puşkin küç – 28 May küç – R.Behbudov küç. xətti ilə təşkil ediləcək;
 
- 6 nömrəli marşrut avtobuslarının hərəkəti M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. - M.Müşviq küç. xətti ilə təşkil ediləcək;
 
- 8 nömrəli marşrut avtobuslarının hərəkəti Ş.Bədəlbəyli küç – R.Behbudov küç – S.Rəhimov küç – Azadlıq pr. – Puşkin küç. xətti ilə təşkil ediləcək;
 
- 14 nömrəli marşrut avtobuslarının hərəkəti Ş.Bədəlbəyli küç – R.Behbudov küç – S.Rəhimov küç – Azadlıq pr. – Puşkin küç. xətti ilə təşkil ediləcək;
 
- 18 nömrəli marşrut avtobuslarının hərəkəti M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. -  M.Hüseyn küç. xətti ilə təşkil ediləcək;
 
- 21 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. –Nobel pr. xətti ilə təşkil ediləcək;
 
- 31 nömrəli marşrut avtobuslarının hərəkəti M.Müşfiq küç. – Nərimanov küç. - M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. – Nəriman Nərimanov küç.  - M.Müşfiq küç. xətti ilə təşkil ediləcək;
 
- 37 nömrəli marşrut avtobuslarının hərəkəti M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. – N.Nərimanov küç. xətti ilə təşkil ediləcək;
 
- 46 nömrəli  marşrut avtobuslarının hərəkəti 28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. xətti ilə təşkil ediləcək;
 
- 61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. – S.Rüstəm küç. – D.Əliyeva küç. -  R.Behbudov küç. - S.Əsgərova  küç. - S.Vurğun küç. xətti ilə təşkil ediləcək;
 
- 65 nömrəli marşrut son dayanacağı Füzuli küç. – Ş.Bədəlbəyli – Füzuli küç - Ş.Qurbanov küçəsində təşkil ediləcək;
 
- 77 nömrəli marşrut avtobuslarının hərəkəti M.Müşfiq küç. – Nərimanov küç. - M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. – Nəriman Nərimanov küç.  - M.Müşfiq küç. xətti ilə təşkil ediləcək;
 
- 88 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. - Puşkin küç. – 28 May küç – R.Behbudov küç. xətti ilə təşkil ediləcək;
 
- 125 nömrəli marşrut  avtobuslarının hərəkəti "Lökbatan” NMM - Bayraq meydanı – M.Useynov küç. - 20-ci sahə xətti ilə təşkil ediləcək.
 
Xatırladaq ki, əvvəlcədən müəyyən edildiyi kimi marşrut xətləri üzrə dəyişikliklər 17 iyun tarixinə planlaşdırılsa da "Azneft” dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5,6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası iyunun 14-dən dəyişdirilib. Dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib.
 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo