Sosial

"Bu festival hakimiyyətin propoqandasına xidmət etmədiyi üçün..." - Bəstəkar

5 Fevral, 2018
1426
Qara Qarayev adına Müasir Musiqi Festivalı bu il keçirilməyəcək 

2018-ci ilin 12-14 aprel tarixlərində keçirilməsi planlaşdırılan Qara Qarayev adına VII Müasir Musiqi Festivalı bu il, sənətkarın 100-cü ildönümündə baş tutmayacaq.

Bu barədə Qara Qarayevin oğlu bəstəkar Fərəc Qarayev bloqunda açıqlama yayıb. 

O bildirib ki, ölkədə festivalın keçiriməsi üçün tələb olunan vəsait tapılmayıb. 

Bu açıqlama sosial şəbəkələrdə müzakirəyə səbəb olub. 

Bir sıra sənət nümayəndələri hesab edirlər ki, hökumət belə tədbirlərə önəm verməlidir.

Bəstəkar-kulturoloq Elmir Mirzoev Toplum.Tv-yə bildirib ki, Qara Qarayev kimi bir fenomenin adı ilə bağlı olan festivalın təxirə salınması utancdır: "Qara Qarayev Azərbaycan incəsənətinin dünyada tanınan ən böyük fenomenidir. Belə bir şəxsin adına olan festivalın təxirə salınması, özü də bunun sənətkarın 100-cü il dönümündə edilməsi ölkə adına utancdır. Mən düşünürəm ki, hakimiyyət mənasız layihələrə pul ayırmaqdansa, belə ciddi və önəmli tədbirlərə yer verməlidir. Təsəvvür edin ki, Qarayevin adına olan festivla dünyanın tanınmış incəsənət xadimləri qatılacaq. Bu da Azərbaycan mədəniyyətinin tanınması, dünyaya çıxması deməkdir. Əslində, bu festivalın keçirilməsi böyük məbləğdə vəsait də tələb etmir". 


E.Mirzoev hesab edir ki, hakimiyyət bu tədbiri özünün təbliğat ruporuna çevirə bilmədiyi üçün gözardı edir: "Yəqin, indiyə qədər gözləyirdilər ki, xaricdən gələn mədəniyyət xadimləri ölkənin analoqu olmayan inkişafından danışacaqlar. Bu da baş verməyib. Ona görə də hesab edirəm ki, bu festival hakimiyyətin propoqandasına xidmət etmədiyi üçün buna maraq göstərmirlər. Onlara iri, mənasız idman oyunları lazımdır ki, böyük məbləğdə maliyyə sərf etsinlər, pul silsinlər, onu da edirlər”. 

Bəstəkar  Firidun də Toplum.Tv-yə açıqlamasında festivalın keçirilməsinin vacibliyini qeyd edib: "Məntiqlə belə çıxır ki, Azərbaycan cəmiyyəti üçün Qara Qarayevin 100 illiyi ilə bağlı festival keçirmək digər layihələrdən daha mənasız görünür. Necə olur ki, onun neft ölkəsi vətənində bu əlamətdar hadisəni keçirməyə vəsait tapılmır? Məsələ burasındadır ki, Qara Qarayev sənət musiqisi (klassik musiqi, zövqlü musiqi... Müxtəlif cür tərifini vermək olar) yazıb. Bu musiqi bəsit deyil, mürəkkəbdir; ondan zövq almaq üçün insandan müstəsna intellekt, zövq tələb olunur. İşin tərsliyindən onun həmvətənləri pullu olsalar da intellektsiz və zövqsüzdürlər. Yəni ola bilər dövlətin pulu olmasın (əslində var, ya da haradasa var), bəs şirkətlər, biznesmenlərʔ Onlardan ki vəsait tapmaq olardı? İş orasındadır ki, onlar da pulu normal yollarla deyil, feodal dövrlərə xas yollarla - qohumluq, həmtayfalıq, yaxud da yaltaqlıq, loyallıqla qazanıblar. Hər iş doğru-düzgün gedən cəmiyyətlərdə mexanizm elə qurulub ki, bir insan pul qazana-qazana həm də dünyagörüşü, intellekt qazanır; yaxud əksinə, dünyagörüşü və intellekti sayəsində böyük vəsait və güc əldə edir.


Bütün hallarda, soyuq başla həqiqəti - xalq olaraq kim olduğumuzu qəbul etməliyik - azərbaycanlılar, yəni biz elə bir xalqıq ki, bizə Qara Qarayev (onun timsalında intellekt, zövq, bəşərilik, və s.) lazım deyil. Qısaca, Qara Qarayevə xərcləyəcək pulumuz yoxdur!”

Bəstəkar cəmiyyətin Qara Qarayevə biganə yanaşmasına kinayə də edib: "Bizim cəmiyyət üçün Qara Qarayev kimdir? Anlaşılmaz, adı yalnız metro stansiyası ilə bağlı bir şəxs... Qara Qarayev Sovet Bakısına - hansı ki o şəhərdə azərbaycanlıların sayı indiki qədər çox deyildi - aid bir şəxsiyyət idi. Hətta bununla belə Qarayev həyatının son 20 ilində Bakıda çox az yaşadı, həmin dövrdə əsasən Moskvada yaşayırdı. Xalqın isə o fenomenə cavabı məşhur lətifə ilə oldu: övladını Konservatoriyaya düzəltmək istəyən valideyn Konservatoriyanın binasının yanında bir qaradərili şəxs ilə rastlaşır və onun Qara Qarayev olub-olmadığını soruşur. Yəni o, həmişə bizim cəmiyyət üçün yad ünsür olub, ona görə də indi onun adına festival keçirilməsinə vəsait tapılmamasını normal, qanunauyğun hadisə hesab eləmək olar”.

Mədəniyyət və Turizm Nazirliyin informasiya və ictimayyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxməmmədov məsələdən xəbərsiz olduğunu, mövzu ilə tanış olduqdan sonra açıqlama verəcəyini bildirib.  

Qara Qarayev adına festival ilk dəfə sovet dövründə baş tutub. Belə ki, ilk iki festival 1986 və 1988-ci illərdə, durğunluq adlandırılan dövrdə, III festivalı isə 1990-cı ildə keçirilib. 

Festival 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə bərpa olunub. IV, V və VI festivallar artıq müstəqil Azərbaycanda keçirilib və Avropa müstəvisinə çıxarılıb. 

Bu illər ərzində XX əsr klassikləri A.Schoenberg, A. Webern, A.Berg, I.Stravinski, J.Cage, F.Cerha, E.Křenek, P.Hindemith, D.Şostakoviç; XX əsrin ikinci yarısının görkəmli nümayəndələri olan K.Stockhausen, B.Nilsson, P.Boulez, O. Messiaen, I.Xenakis, L.Berio, B.Maderna, M.Kagel, G.Ligeti, W.Lutoslawski, B.Ferneyhough, G.Grisey, T. Takemitsu, S.Sciarrino, K.Saariaho və bir çox başqalarının əsərlərinin Bakıda ilk ifaları baş tutub.

A.Volkonski, E.Denisov, N.Karetnikov, S.Gubaydulina, V.Tarnopolski, A.Raskatov, V.Yekimovski, A.Vustin kimi Rusiyanın müasir görkəmli bəstəkarların, ukraynalı görkəmli bəstəkar V.Silvestrovun əsərləri də dəfələrlə festivalda səsləndirilib.

Bu illər ərzində Bakıya Avropa miqyasında məşhur olan musiqi kollektivləri təşrif buyurub: ASKO/Schönberq Ansamblı (Hollandiya), Reconsil Wien (Avstriya), Freiburg Percussion Ensemble və Ensemble Ascolta (Almaniya), AVA dance Company (İspaniya/Almaniya), M.Pekarski Zərb alətləri Ansamblı, Studiya Novoy Musiki və Questa Musica (Rusiya). 

Azərbaycanı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Qara Qarayev adına Dövlət Kamera Orkestri, Con tempo Ansamblı, dirijor Rauf Abdullayev, solistlər F.Məmmədova (soprano), R.Rzaeva, F.Əli-zadə və G.Ənnağıyeva (piano), E.İsgəndərov (violonçel), R.Məmmədov (gitara) və bir çox başqaları təmsil edib. 

Xarici ifaçılar arasında dirijorlar B.Wulff və T.Engel (Almaniya), İ.Dronov və F.Çijevski (Rusiya), V.Runçak (Ukrayna), pianoçular A.Lübimov, İ.Sokolov (Rusiya), N.Jvania (Gürcüstan), K.Nishii (Avstriya/Yaponiya), orqan ifaçısı M. Vısotskaya (Rusiya), soprano K.Amano (Avstriya/Yaponiya), violin ifaçıları L.İsakadze (Gürcüstan), H.H.Schneeberger və P.Kopatchinsaja (İsveçrə), S.Malışev (Rusiya), violonçel ifaçıları A.İvaşkin (Rusiya/Böyük Britaniya) və H.Woudenberg (Almaniya), gitara ifaçısı Ch.Jäggin (İsveçrə) çıxış ediblər. 

Gülzar N. Məmmədli
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo