İqtisadiyyat

"Bu, çox ciddi və pis nəticədir" - Ekspert

7 İyun, 2017
1050
Son 2 ayda Bakı və Xırdalanda ipoteka krediti ilə alınmış mənzillərin ödənişləri ilə bağlı problemlər artıb. 

Həmçinin ödəyə bilmədikləri üçün mənzilindən imtina edənlərin sayı da kəskin çoxalıb. 

"Marja"nın məlumatına görə, mənzillər ya şirkətə geri qaytarılır, ya da satışa çıxarılır.

Bakı şəhər sakini, jurnalist Kamran Mahmudov da evini ipoteka ilə alıb. 

Bu barədə Toplum Tv-yə danışan jurnalist deyir ki, ipotekanı 2009-cu ildə götürüb:
Картинки по запросу Kamran Mahmudov
”30 min manat məbləğində pul götürmüşdüm. Ondan sonra həmin bank bağlandı, ödəniş başqasına keçirildi. Düzdür, bizə deyirdilər ki, inflyasiya olacaq və həmin pulun dəyəri öləcək. Amma devalvasiyadan sonra bunun əksini görürük, hətta pul qazanmağımız belə çətinləşib. O baxımdan ödəmək də bir qədər çətinləşib. Üstəlik, ötən illərdə qaldırılan bir məsələ də var idi. Sığorta məsələsi ki, mütləqdir, bunu ödəmək də lazım gəlir və onun məbləğini artırıblar. Əvvəl 223 manat ödəyirdimsə, indi 235 manat ödəmək məcburiyyətindəyəm”.

İqtisadçı Natiq Cəfərli isə əlavə edib ki, əslində problem son iki ildi yaranıb: "Sadəcə, son zamanlar əhalinin ödəniş qabiliyyətinin xeyli dərəcədə aşağı düşməsilə əlaqədar daha böyük problemlər yaşandı. Çünki ipoteka krediti götürənlər, sonradan qısamüddətli və az məbləğlər götürərək, digər kredit mənbələri hesabına ödəniş edirdilər. Son aylarda istehlak kreditlərinin həcmində də azalmalar var. Banklar şərtləri sərtləşdiriblər. Çünki geri dönüşü problemli olan kreditlər artıb. Ona görə artıq əhali kiçik məbləğli istehlak kreditlərindən də istifadə edib, borc ödəməkdə çətinlik çəkir”.
Картинки по запросу Natiq Cəfərli
İqtisadçı deyir ki, bundan əlavə ölkədə iqtisadi aktivlik də zəifləyib: "Ölkədə rəsmi rəqəmlərə görə ÜDM 1.3 % azalıb. Bu, çox ciddi və pis nəticədir. İdxalda da 17% azalma var. Bütün bunlar əhalinin gəlirinin və iş yerlərinin azalmasına təsir edir. Gəlirlərin azalması fonunda da insanlar krediti ödəyə bilmirlər”.

Ekspert əlavə edib ki, dollar qarşısında manat ucuzlaşandan bəri ipoteka kreditləri qarışıq digər kredit növlərində də əhali əlində qalan vəsaiti obrazlı desək, "qara günə saxladığı vəsaiti” də xərcləməyə başlayıb: 

"Artıq o vəsaitlər də bitib. Bütün bunlar da kredit xərcləri üzrə ödəmələrdə geçikmənin olmasına gətirib çıxarır. İpoteka kreditlərində isə ödəniş həcmi çoxdur. Ümumiyyətlə, son aylarda ipoteka kreditlərinin ödənişləri dayandırılıb. Bu gün həm banklar, həm də əhali üçün çox böyük problem yaranır. Artıq bir çox hüquqi məsələ də irəli çıxır. Ola bilər ki, neçə illər ipoteka kreditini vaxtında ödəyən şəxslər var ki, indi ödəyə bilmirlər və onların əllərindən mənzilləri alınsa, daha çox vəsait itirə bilərlər. Ona görə çox həssas, hüquqi yanaşmaya ehtiyac var. Əhalinin maraqlarının önə çəkilməsinə ehtiyac var. Amma hələ ki bu məsələ ilə bağlı ciddi bir qərarın olduğu görünmür”.

Gülzar N. Məmmədli
Toplum. TV

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo