19:56, 23 May 2018 (Çərşənbə) 154

BŞİH-dən Milli Şuranın mitinqinə icazə verilməyib

BŞİH-dən Milli Şuranın mitinqinə icazə verilməyib
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının mayın 28-nə paytaxtda planlaşdırdığı mitinqə razılıq vermədiyi deyilir.

"Azadlıq Radiosu"nun verdiyi xəbərə görə, Milli Şuradan bildirilib ki, Milli Şura mayın 28-də mitinq keçirmək üçün BŞİH-ə müraciət edib. Ancaq icra hakimiyyəti bu müraciətə müsbət cavab verməyib.

Məlumata görə, BŞİH bildirib ki, mitinqin mayın 26-da keçirilməsini məqsədəuyğun hesab edir.

BŞİH-in cavabının Milli Şurada müzakirə edildiyi, mayın 26-da mitinq keçirmək qərarından imtina olunduğu bildirilir.

Milli Şuradan vurğulayıblar ki, qurum mayın 28-də Novxanıda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı bayram mitinqi keçirməyə qərar verilib.