17:39, 13 İyul 2018 (Cümə) 287

"Briyaniya ilə münasibət çox güclüdür"

ABŞ prezidenti Donald Trump Britaniya ilə münasibətin "çox, çox güclü” olduğunu deyir. Bundan öncə o, baş nazir Theresa May-in Avropa Birliyindən çıxmaq strategiyasını açıq şəkildə tənqid etmişdi.

İyulun 13-də "The Sun” qəzetində dərc olunmuş müsahibəsində Trump deyib ki, May-in planı Birləşmiş Ştatlarla istənilən ticarət sazişini "yəqin, məhv edəcək”.

Amma iyulun 13-də May-in iqamətgahında çıxışında Trump deyib ki, bu səfəri zamanı May ilə "indiyədək ən yaxşı münasibətləri qurublar”.

Bu gün Britaniyada bir sıra etiraz aksiyaları planlaşdırılır. Londonda parlament binası üzərinə Trump-ın bez geyindirilmiş acıqlı uşaq kimi təsviri olan nəhəng şarın qaldırılması planları da var.

"The Sun”a müsahibəsində Trump Londonun meri Sadiq Khan-ı şəhər üzərinə hücumlara görə ittiham edib, deyib ki, immiqrasiya ucbatından Avropa "mədəniyyətini itirməkdədir”.

azadliq.org