22:14, 10 Aprel 2018 (Çərşənbə axşamı) 84

Britaniya Suriyaya zərbə endirməyə hazırlaşır

Britaniya Suriyaya zərbə endirməyə hazırlaşır
Britaniyanın Kiprdəki qoşunları Suriyaya zərbə endirmək üçün döyüş hazırlığı vəziyyətinə gətirilib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ, Böyük Britaniya və Fransa 24 saat ərzində Suriya ərazisinə zərbə endirə bilər.

Lakin bu məlumatlar hələ ki, öz rəsmi təsdiqini tapmayıb.

Artıq Aralıq dənizi hövzəsində "USS Donald Kuk" və "Porter 7" eskadra mina gəmiləri də daxil olmaqla bir neçə Amerika hərbi gəmisi var.

Aprelin 10-da ABŞ prezidenti Donald Tramp bildirib ki, Ağ ev 24-48 saat ərzində Suriyaya qarşı hərbi gücün tətbiqinə dair qərar qəbul edəcək.