13:59, 16 Dekabr 2017 (Şənbə) 1038

Britaniya səfirliyi “Con Smit Trast” proqramına həsr olunmuş tədbir keçirdi - VİDEO

Dekabrın 15-də Britaniya Səfirliyinin iqamətgahında "Con Smit Trast” proqramına hesr olunmuş tədbir keçirilib. "Con Smit Trast”  Britaniya hökumətinin dəstəyi ilə həyata keçirilən və yaxşı idarəçilik prinsiplərini  təbliğ edən təqaüd proqramıdır. 

Proqram 3 illik fasilədən sonra  keçən il Azərbaycanda  fəaliyyətini bərpa edib. 

Tədbirdə vətəndaş cəmiyyəti nümayəndələri, proqramın keçmiş təqaüdçüləri ve gələcək ilin  namizədləri iştirak edib. Namizədlər  ictimai sferada fəalığı ilə seçilən  12 gəncdir.

Onların azı 4-ü proqramda iştirak haqqı qazanacaq. Toplum tv tədbir haqqında videreportajı təqdim edir.Buyurun, izləyin. 

İzzətxanım Cabarlı 
Toplum tv