22:19, 02 Dekabr 2017 (Şənbə) 641

Britaniya səfirliyi Beynəlxalq Əlillər gününü qeyd etdi - VİDEOREPORTAJ

Dekabrın 1-də Britaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə səfirliyin iqamətgahında Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirilib.

Britaniya səfirliyi artıq ikinci ildir ki, bu tarixi qeyd edir.

Tədbirdə qeyri-hökumət təşkilatları nümayəndələri,bu sahədə fəaliyyət göstərən qurum təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts Britaniya səfirliyinin "British Council" vasitəsilə daim əlilliyi olan şəxslərlə bağlı layihələrə dəstək verdiyini və bunun davam edəcəyini bildirib. 

Tədbirin sonunda ingilis alim Stiven Houkingin həyatından bəhs edən "Hərşeyin nəzəriyyəsi" filmi nümayiş olunub. 

İzzətxanım Cabarlı
Toplum tv