Dünya

Bomba hücumuna görə bir nəfərə 53 ömürlük həbs cəzası verilib

23 Fevral, 2018
845
Türkiyədə 2013-cü ildə törədilmiş bomba hücumunda ittiham olunan şəxs 53 ömürlük həbsxana cəzasına məhkum edilib. Suriya sərhədində törədilmiş həmin bomba partlayışı nəticəsində onlarca insan həlak olmuşdu.

"Azadlıq Radiosu"nun verdiyi xəbərə görə, fevralın 23-də Anadolu agentliyinin məlumat verib ki, Nasir Eskiocak Hatay vilayətiinin Reyhanlı şəhərində qoşa avtomobildə törədilmiş bomba partlayışlarında ölmüş 53 nəfərin hər biri üçün ayrılıqda ömürlük həbs cəzaları alıb.

Media xəbərlərində Eskiocakdan başqa bu cinayətlə bağlı kiminsə axtarışda və ya həbsdə olub-olmadığı barədə məlumatlar yoxdur.

Prokurorlar bildiriblər ki, Eskiocak 2013-cü il mayın 11-də törədilmiş hücumun başçısı olub. Ankara bu hücuma görə Suriya prezidenti Bashar al-Assad-a bağlı olan qrupları ittiham edirdi. Dəməşq bu hücumla hər hansı əlaqəsini inkar edirdi.

Suriya münaqişəsində Türkiyə və ABŞ prezident Assad-ı devirməyə çalışan qiyamçı qruplaşmaları dəstəkləyirlər.

Rusiya və İran isə bu münaqişəyə Assad-a dəstək vermək üçün müdaxilə ediblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo