10:33, 08 Oktyabr 2018 (Bazar ertəsi) 142

Bolqarıstanlı jurnalist öldürülüb

Bolqarıstanlı jurnalist öldürülüb


/ DÜNYA
Bolqarıstanda polis araşdırmaçı jurnalist Viktoriya Marinovanın qətlini araşdırır.

Jurnalistin cəsədi şənbə günü Dunay çayı yaxınlığında Ruse şəhərindəki bir parkda tapılıb.

30 yaşlı jurnalistin ölümünün onun yerli televiziya stansiyası, TVN-dəki işi ilə əlaqəli olub-olmadığı hələ ki, məlum deyil. İstintaq onun həm şəxsi, həm də peşə həyatına nəzər yetirir. Beynəlalq təşkilatlar jurnalistin ölümünü qınayıb.

Viktoriya Marinova 2017-ci ilin əvvəlindən bəri Avropa İttifaqında öldürülən dördüncü jurnalistidir.

Onun ən son işi sentyabr ayında həbs olunan digər iki bolqarıstanlı jurnalist Attila Biro və Dimitar Stoyanovla müsahibəsi olub. Attila Biro və Dimitar Stoyanov sentyabr ayında Aİ-nin vəsaitlərinin sui-istifadəsi ilə bağlı fırıldaqçılıq hadisəsini araşdırarkən həbs olunub.

Ruse şəhərinin regional prokuroru Georgi Georgiev Viktoriya Marinovanın baş nahiyəsindən zərbə aldığını və boğulduğunu deyib. Prokuror jurnalistin "telefonunun, avtomobil açarının, eynəyinin və bəzi paltarlarının" itdiyini də deyib.

Təşkilat ölkədəki araşdırmacı jurnalistlərin tez-tez "xəbərdarlıqlara, özlərinə, mülklərinə basqılara və fiziki hücumlara məruz qaldığını" deyir.