22:04, 28 Fevral 2018 (Çərşənbə) 110

BMT sülhməramlılarının konvoyu minaya düşüb

BMT sülhməramlılarının konvoyu minaya düşüb


/ DÜNYA
Malidə BMT sülhməramlılarının konvoyu minaya düşüb. 

APA-nın verdiyi xəbərə görə, hadisə Mopti şəhəri yaxınlığında qeydə alınıb. Məlumata görə, hadisə nəticəsində 4 sülhməramlı ölüb, daha 4-ü ağır yaralanaraq hospitala çatdırılıb.

BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.