İqtisadiyyat

BMT bu il üçün işsizlik proqnozunu açıqladı

13 Yanvar, 2017
861
2017-ci ilin iqtisadi artım proqnozları keçən ilkindən yüksək olsa da, işsizlik problemi böyüyəcək, sosial bərabərsizlik güclənəcək. BMT-nin Beynəlxalq Əmək Təşkilatının yanvarın 12-də yaydığı hesabatda belə deyilir.

"Məşğulluq və Sosial perspektivlər – 2017-ci ilin trendləri" adlanan hesabatda keçən il bütün dünyada ÜDM artımının son 6 ildə ən aşağı həddə düşdüyü, ona görə də builki artımın qlobal iqtisadiyyata təsirinin böyük olmayacağı, çoxlu sayda adamın iş tapa bilməyəcəyi deyilir.

Buna da bax-Rusiya yoxsullaşmağa doğru gedir

Siyasi və iqtisadi amillər, artımın zəifliyi, investisiya qıtlığı əmtəə məhsulları ixracına əsaslanan ölkələrdə – Rusiya, Cənubi Afrika və Braziliyada daha çox işsizliyə gətirəcək.

İŞİNİ İTİRMƏK TƏHLÜKƏSİ – 55-70%

Hesabatda 2017-ci ildə Azərbaycanda işsizliyin 4-6% olacağı deyilir. Əhalinin işini itirmək təhlükəsinin 55-70% olacağı, işləyənlər arasında yoxsulluğun 20%-dən aşağı olacağı proqnozlaşdırılır.

Dünyanın işsizlik xəritəsi

Bütün dünyada işsizliyin 5.7%-dən 5.8%-ə qalxacağı, 2018-ci ildə də 5.8% olacağı gözlənilir. Bu isə daha 3.4 milyon adamın, cəmi 201 milyon işçinin işsiz qalması deməkdir. Bu isə, hesabat müəlliflərinin fikrincə, sosial iğtişaşlara, əmək haqlarının azalmasına və sonucda işçilərin öz ölkələrini tərk etməsinə aparıb çıxaracaq.

Beynəlxalq Əmək Təşkilatının baş direktoru Guy Ryder işsizliyin artmasını özəlliklə inkişaf etməkdə olan keçid ölkələrinin əmək bazarlarında durumun pisləşməsi ilə izah edib: "Nağd aktivlərin nisbətən yüksək olmasına baxmayaraq, şirkətlər investisiya yatırmaqda tərəddüd edirlər. Sərmayə qoyuluşu hazırda gərəkdiyi səviyyədə deyil".

Hesabatda Avropa, Kanada və Birləşmiş Ştatlarda da uzunmüddətli işsizliyin davam edəcəyi vurğulanır.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo