16:11, 17 Avqust 2018 (Cümə) 797

"Bit bazarı"ndan reportaj

Bura Sabunçu qəsəbəsindəki "Rus bazarı" adlandırılan yerdir.  

Bura "Bit bazarı” da deyirlər, çünki burada əsasən "ikinci əl” əşyalar satılır. 
Satılan əşyalar arasında geyimlər, kitablar, suvenirlər və s var.

Məhsullarını sata bilməyən fermerlər də bu bazara üz tutur. 
Buranın icarəhaqqı da satılan malların qiymətləri ilə təqribən eynilik təşkil edir. 

İcarəhaqqı hər kvadrat metrə görə 50 qəpikdən 2 manata kimi yüksəlir. 
Bazar həftənin şənbə və bazar günü səhər saatlarından günorta radələrinə kimi fəaliyyət göstərir. 

Toplum.Tv bazardan reportaj təqdim edir:
 
Əminə Məmmədova
Toplum.Tv