Sosial

"Birinci qəbul cəhdi pulsuz olmalıdır"

14 Mart, 2017
761
Tarif Şurası tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin qiymətlərini müəyyən edib. Qərara görə, orta ixtisas təhsili müəssisələrinə test imtahanında 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə imtahanda isə 40 manat ödəmək lazım gələcək. 

Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının qiyməti isə 50 manat (ikinci mərhələdə 60 manat) olaraq müəyyən edilib. Tibb təhsili əsasında rezidenturaya qəbul imtahanında ödəniş 60 (ikinci mərhələdə 100) manat müəyyən edilib. Rus bölməsi abituriyentləri Azərbaycan dili üzrə test imtahanına 10 manat ödəyəcəklər.

Tariflər cəmiyyətdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. 

Nabatəli Qulamoğlu: "Bəzi imkansız ailələr uşaqları savadlı olsa belə...”

Təhsil eksperti Nabatəli Qulamoğlu Toplum TV-yə bildirib ki, qəbul imtahanlarının pullu olması təhsil prosesinə elə də güclü təsir etməyəcək, ancaq əhalinin hazırkı maddi vəziyyətini nəzərə alınmalıdır: 
Təhsil qarşısında bərabərlik və monopoliya
"Dövlət İmtahan Mərkəzi keçən il "hüquqi şəxs” statusu aldı. Məqsəd də bəlli idi, qurum dövlət üçün pul qazanmağa hesablanıb. Amma təhsil elə bir sahə olmalıdır ki, orada əsas rolu pul oynamasın. Əslində, təhsil özü gələcəkdə potensial kapital deməkdir. Hansı ölkədə təhsil səviyyəsi yüksəkdirsə, orada yaşayış səviyyəsi də yüksəkdir. Əgər indi tələbə qəbulu pulla həyata keçiriləcəksə, ən azından bu normaya salınmalıdır, yəni birinci qəbul cəhdi pulsuz həyata keçirilməlidir. İkinci cəhd edənlər üçün isə bu imtahan pullu keçirilə bilər. İmtahanların pullu olması ona gətirib çıxaracaq ki, bəzi imkansız ailələr uşaqları savadlı olsa belə, göstərilən məbləğə sahib olmadıqlarından onları imtahana göndərə bilməyəcəklər. Bu kütləvi hal almasa belə, bu cür hallar qaçılmazdır”.

Kamran Əsədov: "Məbləğ olduqca yüksəkdir”

Təhsil eksperti Kamran Əsədov isə öz açıqlamasında bildirib ki, Azərbaycanda indiyə qədər də TQDK imtahanlarında iştirak edənlər bu və ya digər məbləğdə pul ödəyirdilər: 

"Dövlət İmtahan Mərkəzi elə təsəvvür yaradır ki, sanki imtahanların pullu keçirilməsi yenilikdir. Tarif Şurası ilə DİM-in ortaya qoyduğu məbləğ olduqca yüksəkdir, həm dünya reallığını əks etdirir, həm də Azərbaycan Respublikasının Konstitusiyasının "Təhsil haqqında” Qanununun müvafiq maddələri ilə ziddiyyət təşkil edir, çünki orada göstərilib ki, təhsil əlçatan olmalıdır və heç bir halda ona mane olmaq olmaz. Bildiyiniz kimi, ölkə prezidenti qərar imzaladı ki, ilk dəfə imtahan verən şəxslərin birinci imtahanlarının xərcləri dövlət hesabına ödənilsin. Yəni 11-ci sinifi bitirmiş abituriyentlər üçün birinci imtahan pulsuz keçiriləcək. Bu, magistratura pilləsinə qəbul olmaq istəyənlərə və əvvəlki illərdə imtahan vermiş şəxslərə aid edilmir. 
Image result for Kamran Əsədov
Qiymətlərin təsirinə gəlincə, bildiyiniz kimi, magistratura pilləsinə mart ayının 10-dan sənəd qəbulu başlayıb. İndiyə qədər cəmi 600 nəfər qeydiyyatdan keçib, halbuki keçən ilin müvafiq dövründə bugünə kimi olan rəqəm 3000-4000 arasında idi. Bakalavr pilləsinə sənəd verənlərin sayı da azalacaq, çünki yetərincə biliyə malik olmayan abituriyentlər sənəd verməyəcək. Bu gün Azərbaycanda minimum əmək haqqı 116 manatdır, amma magistratura pilləsinə qəbulun iki mərhələsi 110 manatdır, rezedenturanın iki mərhələsinə qəbul 160 manatdır. Eyni problem bakalavrlar üçün də keçərlidir, əgər tələbə Azərbaycan dilindən imtahan verirsə, qabiliyyət imtahanı verirsə, məbləğ 120 manata gəlib çıxır. Dünya praktikasına müraciət edikdə isə məsələn, ABŞ-da minimum əmək haqqı 2500 dollar olduğu halda, imtahan qiyməti 35 dollardır. Türkiyədə bu məbləğ 35-55 TL arasındadır. 2016-cı ildə TQDK "publik şəxs” olanda bəyan etməşdi ki, bir imtahan onlar üçün 25 manata başa gəlir. Bəs onda niyə 40-50 manat qiymət qoyulub? DİM Azərbaycan təhsilinə kömək etmək yox, pul qazanmaq istəyir”. 

Deputat Asim Mollazadə Toplum TV-yə məsələni şərh edərkən deyib ki, birinci dəfə imtahan verən və məktəbi yenicə bitirmiş şagirdlər üçün imtahan xərcləri dövlət tərəfindən təmin olunacaq, lakin hər imtahanın müəyyən xərcləri var və buna görə də bu qiymətlər tətbiq olunub. 
Image result for Asim Mollazadə
Bəhruz Səmədov
Toplum TV

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo