17:57, 21 İyun 2018 (Cümə axşamı) 2092

"Bir təhsilli qadın bir təhsilli ailə deməkdir"

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. UNİSEF-in açıqlamasına əsasən Azərbaycanda bir il ərzində təxminən 15 yaşına çatmayan beş minə qədər qız ailə qurur. 

Hüquqşunas Araz Əsədli bildirir ki, erkən nikah baş tutduqda qanunla cəza tətbiq olunmalıdır, lakin erkən yaşda evləndirilən şəxsin nə valideyni nədə ki, onun zorla evləndirildiyi şəxs realda cəza almır. 

Uşaq psixoloqu Rühəngiz Əhmədova isə deyir ki, erkən yaşda evliliyə vadar etmək əslində cinsi istismara şərait yaratmaqdı.

Sosial işci Xanbala Əhmədli problemdən çıxış yolunu məktəblərdə direktor və müəllimlərlə aparılmalı olan maarifləndirmə tədbirlərində görür.

Lalə İsgəndərli 
Toplum.Tv