Sosial

Bir qrup Qala sakini yolu bağlamaq istəyib

6 Noyabr, 2018
1854
Xəzər rayonunun Qala qəsəbəsinin bir qrup sakini uzun illərdir yaşadıqları evlərin sökülməsindən narahatdır. Sakinlər dünən, noyabrın 5-də qəsəbənin Xaşa-Xuna massivinə toplaşıblar.

Bir qrup sakin qəsəbədəki əsas yolu bağlamaqla narazılıqlarını ictimailəşdirmək istəyib. Ancaq əraziyə gələn polis əməkdaşları aksiyanın baş tutmasına imkan verməyib.

Narazı sakinlər deyir ki, 20 ilə yaxındır, bu ərazidə məskunlaşıblar. Onların əksəriyyəti məcburi köçkünlərdir.

Əslən Kəlbəcər rayonundan olan sakinlərdən birinin deməsinə görə, indiyə kimi evləri ilə bağlı heç bir problem olmayıb. Onun vurğulamasına görə, seçkilər zamanı evlərin sənəd probleminin həll olunacağına dair onlara vəd veriblər.

"Ölkə başçımız da bunu bir neçə dəfə söyləyib. Deputatlar da deyirlər ki, Milli Məclis artıq bu məsələni həll edib. Ancaq keçən həftə rəsmi qurumlardan xəbərdarlıq gəlib ki, evləriniz qanunsuzdur. Daşı-daş üstünə qoymaq olmur, dərhal icrası, polisi başımızın üstünü alır, qanunsuz ev tikməyə imkan verərlər? Massvidəki bütün evlərin rəsmi ünvanı var, işğı var, qazı, suyu var. Hər ay ödənişimizi etmişik. Seçki məntəqəsi də var. Siyahı ilə orda qeydiyyatdayıq. Necə olur ki, yaşadığımız ev qanunsuz tikili olur”, deyən sakin əlavə edir ki, massiv Xəzər rayonu ilə Abşeron rayonunun arasında qalıb:

"Bir gün bu rayondan, sabah başqa rayonun icrasından gəlirlər. Bizim istəyimiz budur ki, məsələ birdəfəlik həll edilsin”.

Digər narazı sakinlər də eyni problemdən şikayət ediblər. Onların deməsinə görə, evlərin sənədləşməsindən ötrü qanunvericilikdən kənar pul istənilir.

"Bizim həmin pulu vermək imkanımız yoxdur. Hökumətdəkilər deyib ki, evlər sənədləşdiriləcək. Ya sənədləşdirsinlər, ya da torpaqlarımızı, ev-eşiyimizə özümüzə qaytarsınlar, gedib yaşayaq”, sakinlər bildiriblər.

Narazı sakinlər sonda qərara gəliblər ki, bir daha Xəzər rayon İcra Hakimiyyətinə, ölkə başçısına, Ombudsmana problemləri ilə bağlı müraciət etsinlər.

Hələlik, sakinlərin narazılığına vəonların səsləndirdiyi iddialara rəsmi qurumlardan, istər Xəzər, istərsə də Abşeron Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo