20:44, 22 Noyabr 2017 (Çərşənbə) 24

Binəqədi şosesində hərəkət bərpa olunur

Binəqədi şosesində hərəkət bərpa olunur
Binəqədi şosesində bu gecədən etibarən hərəkət bərpa olunur.
 
"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Onun sözlərinə görə şose boyu tikinti işlərinin əsas hissəsi yekunlaşıb. Bundan sonra təmir-tikinti işləri, o cümlədən asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək.