20:56, 09 Yanvar 2017 (Bazar ertəsi) 77

Bəzi reyslər təxirə salınıb

Bəzi reyslər təxirə salınıb


Yanvarın 9-u Bakıya olan üç aviareys təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda bildirilib.

Bunlar İstanbul, Təbriz və Dubaydan Bakıya həyata keçirilməli olan aviareyslərdir.

«Azərbaycan Hava Yolları» ASC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski «Turan»a bildirib ki, İstanbuldan Bakıya uçuşun təxirə salınması hava şəraiti ilə bağlıdır: «Qalan iki reysə gəlincə, bunun səbəblərini qarşı tərəf cavablandırmalıdır, bizim cavablandırmağımız doğru olmazdı».

«Türk Hava Yolları» şirkətinin Azərbaycandakı nümayəndəliyindən isə bildiriblər ki, artıq İstanbuldan Bakıya uçuşlar bərpa edilib. Şirkətin nümayəndəliyi yada salıb ki, yanvarın 7-si İstanbuldan Bakıya uçuş olmayıb. 8-də isə yalnız bir reys həyata keçirilib.

P.Kəsəmənski Rusiya istiqamətində AZAL–ın uçuşlarının isə həyata keçirildiyini bildirib: «Moskvadakı hava şəraiti müəyyən ləngimələr yaratsa da, reyslərin təxirə salınması halları baş verməyib».