20:10, 10 Oktyabr 2017 (Çərşənbə axşamı) 37

Beynəlxalq hava limanında azad iqtisadi zona yaradılacaq

Beynəlxalq hava limanında azad iqtisadi zona yaradılacaq
Heydər Əliyev Beynəlxalq Hava Limanında azad iqtisadi zona yaradılacağı bildirilir.

Bu haqda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov oktyabrın 10-da Bakıda keçirilən "Caspian Air Cargo Summit 2017” VII Beynəlxalq konfransında çıxış edərkən bildirib. 

AZƏRTAC-ın xəbərinə görə, C.Əsgərov deyib ki, layihənin icrasından ötrü qanunvericilik bazası, artıq təsdiq edilib. Hazırda onun icrası ilə bağlı tədbirlər planı hazırlanır.

C.Əsgərov, həmçinin, AZAL-ın öz təyyarə parkını genişləndirməkdə olduğunu, hazırda 4 ədəd "Boeing 787 Dreamliner” və 2 ədəd "Boeing 747-8 F” tipli təyyarələrin alınması üzrə hazırlıq işlərinin aparıldığını qeyd edib.

Təyyarələrin alınmasına dair müqavilələrin bu ilin sonuna kimi imzalanacağı planlaşdırılır.