İqtisadiyyat

Beynəlxalq Bankın depozit reytinqi qalxıb

26 İyul, 2017
1104
"Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqlərinə yenidən baxıb. Bəzi reytinqləri yüksəldib.

Xəbəri APA bankın mətbuat xidmətinə istinadən yayıb. Bildirilir ki, xarici və yerli valyutada uzunmüddətli depozit reytinqi "Caa2”-dən "Caa1” səviyyəsinə artırılıb. Xarici valyutada qorunmayan borclar reytinqi "Caa3” səviyyəsindən "Caa2”-yə qaldırılıb: 

"Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (Baseline Credit Assessments - BCA) də "ca” pilləsindən "caa3” pilləsinə qədər yüksəlib. Eyni zamanda, qarşı tərəf kredit riski qiymətləndirməsi (CRA) "Caa1” (cr) səviyyəsindən "B3” səviyyəsinə yüksəlib”.

Məlumatda bildirilir ki, həmçinin bankın uzunmüddətli depozit reytinqinə pozitiv proqnoz verilib.

"Reytinqlərdəki müsbət dəyişikliklər restrukturizasiya prosesi başa çatandan sonra bankın maliyyə durumunun yaxşılaşacağı ilə bağlı "Moody’s”in gözləntilərini əks etdirir. Agentliyin proqnozlarına görə, öhdəliklərin restrukturizasiyası planının bu şəkildə icrası bankın maliyyə dayanıqlığını, kapital mövqeyini gücləndirəcək və aktivlərinin keyfiyyətini yaxşılaşdıracaq. Öhdəliklərin könüllü restrukturizasiyası ilə yanaşı, problemli aktivlərin bankın balansından çıxarılması da aktivlərinin keyfiyyətinin yaxşılaşmasına kömək göstərəcək”, - deyə məlumatda bildirilir.

"Moody’s” ekspertlərinin rəyinə görə, problemli aktivlərin transferi bu ilin sonuna qədər başa çatacaq. Nəticədə, bankın birinci dərəcəli kapitalının 13 faiz ətrafında olması ehtimal edilir. Agentlik bankın 2018-ci ili mənfəətlə başa vuracağını gözləyir. Mənfəətlilik səviyyəsi, ölkənin makroiqtisadi durumundan da asılı olacaq.

"Moody’s” Azərbaycan hökumətinin böyük ehtimalla banka dəstəyi davam etdirəcəyini gözləyir. Bu gözlənti bankın səhmlərinin 95 faizinin dövlətə məxsus olması, ABB-nin ölkənin ən böyük bankı olması və bank bazarındakı aktivlərin əhəmiyyətli hissəsini bölüşməsi kimi amillərlə əsaslandırılıb. Eyni zamanda, hökumətin bankda vəsait yerləşdirmiş əmanətçilərə və digər müştərilərə dəstək verdiyi xüsusi qeyd edilib. Belə ki, öhdəliklərin restrukturizasiyası prosesinin ABB-də depoziti olan müştərilərə heç bir təsiri olmayıb.  

Rəydə o da göstərilib ki, restrukturizasiya planı başa çatdıqdan sonra "Moody’s” reytinqlərə yenidən baxacaq və gələcək durumuna uyğun olaraq bankın reytinqlərini yüksəldəcək.

Ancaq Moody’s” bankın Rusiyada fəaliyyət göstərən törəməsi "ABB-Moskva”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqlərini "B3 səviyyəsindən "B2”-dək endirib.

Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (Baseline Credit Assessments - BCA) "b3”-dən "b2”-yə endirilib. Eyni zamanda, qarşı tərəf kredit riski qiymətləndirməsi (CRA) "B1” (cr) səviyyəsindən "B1” (cr) səviyyəsinə enib.

Bununla yanaşı, "Moody’s” "ABB-Moskva”nın qısamüddətli depozit reytinqini "Not Prime” səviyyəsində təsdiqləyib.

"ABB-Moskva" 2002-ci ilin yanvarında təsis olunub. 2004-cü ildən etibarən bank Rusiyanın Əmanətlərin Sığortalanması Sisteminə daxil olunub. Hazırda bankın səhmlərinin 100 faizi ABB-yə məxsusdur.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo