İqtisadiyyat

Beynəlxalq Bank iki ölkədə törəmələrini ləğv edir

15 Mart, 2018
2623
Azərbaycan Beynəlxalq Bankı (ABB) Gürcüstan və Rusiyadakı törəmə qurumlarını bağlayır.

Bu barədə ABB-dən məlumat yayılıb. Həmin məlumata görə, ləğvinə qərar verilən törəmə qurumlar "Bank "MBA-Moskva” (MBA-Moskva), "Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan” (ABB-Gürcüstan) bankları və "Biznes-Rabitə” Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC).

ABB-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov törəmə qurumların bağlanmasına qurumun səhmdarlarının martın 14-də keçirilmiş yığıncağında qərar verildiyini bildirib.

"Bu qərar, təbii ki, ətraflı təhlillərə əsaslanır. Adı çəkilən qurumların bankın gələcək fəaliyyəti üçün iqtisadi baxımdan səmərəliliyi nəzərə alındı və onların fəaliyyətinin dayandırılmasına qərar verildi. Belə bir qərar Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinə hazırlıq planları ilə də bağlıdır”, – o, qeyd edib.

Abbas İbrahimov bildirib ki, törəmə müəssisələrin ləğvetmə prosedurları onların fəaliyyət göstərdiyi ölkələrin qanunvericilik normaları çərçivəsində həyata keçiriləcək. Müştərilər qarşısındakı öhdəliklər yerinə yetiriləcək.

Bankın başqa törəmə müəssisələrinin isə fəaliyyətini davam etdirəcəyi bildirilir.

Bundan başqa, "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ABB-dəki payının dövlətə ötürüldüyü, dövlətin bankın səhmlərindəki payının 96,5 faizə yüksəldiyi bildirilir.

Ötən il Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət etmişdi. Bundan sonra onun öhdəlikləri dövlətə ötürüldü. Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir. Verilən məlumata görə, bundan əvvəl isə ABB-nın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

ABB-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib. Keçmiş bankir ittihamları qəbul etmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo