Dünya

"Bəsdi dözdük" - Seyran Ohanyan

6 Fevral, 2017
787
 
 
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ölkədəki mövcud sosial vəziyyəti kəskin tənqid edib. 

Təxminən 10 ildir ki, Ermənistan və separatçı Dağlıq Qarabağ rejimində vəzifələr tutan Ohanyan dövlət vəsaitlərindən düzgün istifadə olunmadığını deyir.
 
”Bəsdi dözdük, bütün resurslar bir qrup adamın əlində cəmləşib, vacib işlə məşğul olanlara isə deyirlər ki, pul yoxdur, barışmaq lazımdır”.
Qeyd edək ki, Ohanyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan və digər müxalifətçi Viktor Dallakyanla seçki bloku yaradıb.
 
 

O, azadlıq və ədalətə əngəl olan bütün maneələri aradan qaldırmağa çağırır, amma konkret ad çəkmir.

"Artıq bu ədalətsizliyə, bu sosial duruma dözmək olmaz. Ölkədə sosial ədalət, bərabərlik mexanizmi olmalıdır. Ermənistan cəmiyyətində qütbləşmə yolverilməz həddə çatıb. Bu gün azadlıq bizə hava, təmizlik su, ətalət çörək kimi lazımdır” keçmiş nazir vurğulayıb.

Ohanyan deyib ki, hökumət işçilərə çoz az kompensasiya verir, onların əməyini qiymətləndirmir. " Müəllimlər, həkimlər, elmi işçilər, intellektuallar, mədəniyyət işçiləri, inşaatçılar və fermerlər görünür bu həqiqətlə barışıblar və hökumət mövcud vəziyyətdən istifadə edərək onların əməyini dəyərləndirmir”, Ohanyan deyib.

Qeyd edək ki, Seyran Ohanyan bundan əvvəl "qanlı inqilab təhlükəsi”ndən danışmış və bildirmişdi ki, bundan yalnız seçkilərdə dəyişiklik yolu ilə qaçmaq mümkündür.

"Biz sadə və vacib bir şeyi bilməliyik ki, əgər bugünkü möhkəm sistemi seçki vasitəsi ,dinc yolla dəyişməsək, sabah çevrilişlər və ya qanlı inqilablar zərbəsi ilə üzləşəcəyik”.

Hakimiyyətdəkilərsə keçmiş həmkarlarına onun da bu sistemin tərkib hissəsi olduğunu xatırladırlar.
 


Hakim "Respublika” partiyasının sədr müavini Armen Aşotyan deyir ki, möhkəm sistem”in yaradılmasında Ohanyanın da günah payı var.

Qeyd edək ki, müxalifət liderlərindən olan "Demokrat” partiyasının lideri Aram Sarqsyan, həmçinin digər siyasətçilər Prayur Ayrikyan və Tigran Karapetyan da Ohanyanın müttəfiqləridirlər.

Blok aprelin 2-də keçiriləcək prezident seçkisinə, "Çiçəklənən Ermənistan” partiyasının keçmiş lideri, tanınmış biznesmen və həmçinin indi seçki ərəfəsində öz blokunu yaratmış Garik Tsarukyanla birgə getməyi istisna eləmir.

Tsarukyan ötən il hakimiyyətin təzyiqlərindən sonrasiyasətdən getsə də həmin ilin sonlarında yenidən siyasətə dönüb və öz seçki blokunu yaradıb.

mənbə: azadliq.org


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo