21:20, 14 Fevral 2018 (Çərşənbə) 138

Beş nəfərin prezidentliyə namizədliyi təsdiqlənib

Beş nəfərin prezidentliyə namizədliyi təsdiqlənib
Fevralın 14-ü Mərkəzi Seçki Komissiyası (MSK) dövlət başçısı postuna beş iddialının namizədliyinin irəli sürülməsini təsdiqləyib. 

"Turan" agentliyinin xəbərinə görə, bunlar hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbəri İlham Əliyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Anar Umudov (vəkil), Zahid Oruc (deputat) və Tural Abbaslıdır (rəsmi qeydiyyata alınmayan Ağ Partiyanın rəhbəri).

Hazırda namizədlərin rəsmi qeydiyyatı üçün 60 birmandatlı seçki dairəsindən ən azı 40 min imza toplanmalıdır.

Növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək.