11:48, 06 Mart 2018 (Çərşənbə axşamı) 320

Berlin Azərbaycandan qaz nəqlinə kredit ayırır

Berlin Azərbaycandan qaz nəqlinə kredit ayırır
Almaniya hökuməti Azərbaycandan qaz nəqlinin təminatı məqsədilə dövlət müəssisəsinə (SOCAR) böyük həcmdə kreditin ayrılması üçün Almaniya bankına zəmanət vermək niyyətindədir.

Bu barədə martın 6-da dpa agentliyi AFR Maliyyə Nazirliyinin nümayəndəsi Yens Şpanın məktubuna istinadən bildirib. O, məktubu Bundestaqın Büdcə Komitəsinə göndərib.

Kreditin həcmi 1,5 mlrd. dollar (1,2 mlrd. avro) təşkil edir. "Bu qaz nəqli Avropa və Almaniyanın qaz təchizatının təminatına mühüm töhfə olmalıdır", - dpa Y.Şpanın məktubundan sitat gətirib.

Hələ 2013-cü ildə E.on energetika konserni Azərbaycan ilə Xəzər dənizində yataqdan təbii qazın nəqlinə dair uzunmüddətli müqavilə bağlayıb. Saziş 2020-ci ildən 2044-cü ilədək olan dövrdə hər il Almaniya şirkətinin 1,45 mlrd. kubmetr "mavi yanacaq" almasını nəzərdə tutur.-02D-