İsrailin baş naziri Benyamin Netanyahu tezliklə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini deyib.
Reuters və AFP-nin məlumatına görə, Netanyahu nazirlər kabinetinin iclasında deyib ki, razılaşma Putinlə telefon söhbəti zamanı qərara alınıb.
Netanyahunun sözlərinə görə, onlar görüşdə təhlükəsizlik sahəsində koordinasiya məsələsini müzakirə edəcək.
Bu, Rusiyanın İL-20 kəşfiyyat təyyarəsinin sentyabrın 17-də Suriyada vurulmasından sonra ilk belə görüş olacaq.
XƏBƏRLƏR