Siyasət

"Belə getsə, Avropa Məhkəməsində şikayətləri təmsil edən vəkil qalmaz" - İntiqam Əliyev

19 Oktyabr, 2018
2301
Azərbaycan höküməti  Avropa İnsan Haqları Məhkəməsində, Vəkillər Kollegiyasnın üzvü olmayan vəkillərin təmsilçiliyinə etiraz edir. 

Vəkillər Kollegiyası tərəfindən fəaliyyətləri dayandırılan şəxslər bu addımı siyasi məhbus adlandırılan şəxsləri müdafiə etmələri ilə əlaqələndirilər. 

Azərbaycan hökumətinin Avropa Məhkəməsinə etirazını isə bu siyasətin davamı kimi qiymətləndirirlər. 

Hüquqşünas Xalid  Bağırov Toplum.tv-yə bildirib ki, ondan başqa Vəkillər Kollegiyasının üzvü olmayan bir neçə şəxsə qarşı  da belə bir addım atılıb:
 
"Bütün işlərdə Azərbaycan hökuməti Avropa İnsan Haqlar Məhkəməsinə Vəkillər Kollegiyasından çıxarılmış, üzvü olmayan vəkillərin məhkəmədə vətəndaşları təmsil etməsinə qarşıdır. Bununla bağlı hökumət müraciət ünvanlayıb və Avropa Məhkəməsi hələlik öz mövqeyini bildirməyib. Bu yaxınlarda, Avropa Məhkəməsinə gedən son işlərimlə bağlı mənə və bir neçə vəkilə qarşı belə bir addım atılıb”.

Hüquq müdafiəçisi İntiqam Əliyev deyir ki, hökumət müraciət etdikdə Avropa Məhkəməsinin seksiya rəhbəri bu müraciətin əsaslı olub olmadığına baxdıqdan sonra qərar verir: "Hökümət Vəkillər Kollegiyasının üzvü olmadığı üçün Avropa Məhkəməsində həmin şəxslərin vətəndaşı təmsil etmə haqqı olmadığını bildirib. Məhkəmə isə Vəkillər Kollegiyasından çıxarılmasına baxmayaraq, həmin şəxsin vəkil kimi statusunu tanıyır. Ümumiyyətlə, hökumət bununla bağlı müraciət etdikdə Avropa Məhkəməsinin seksiya  rəhbəri bunun əsaslı olub olmadığına baxdıqdan sonra qərar verir. İnanmıram ki, Avropa Məhkəməsi hökumətin lehinə bir qərar verə bilər. Əks halda Azərbaycandan Avropa Məhkəməsində şikayətləri təmsil edən vəkil qalmaz, çünki bu sahədə çalışan vəkillərin əksəriyyəti çıxarılıb, digərlərin çıxarılma ehtimalı da böyükdür”. 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov mövzu ilə bağlı sualımızı cavablandırmadı. Amma təxminən bir ay əvvəl Anar Bağırov mediaya verdiyi açıqlamada məsələyə münasibətini belə bildirmişdi:
 
 
"Avropa İnsan Haqları məhkəməsi, Azərbaycanda kollegiyanın üzvü olmayanları da vəkil kimi təqdim edir, halbuki Avropa Məhkəməsinin öz terminologiyasına görə, yalnız Vəkillər Kollegiyasının üzvləri vəkil hesab olunurlar".

Avropa İnsan Haqları Məhkəməsinin son məlumatına əsasən Azərbaycanla bağlı 34 şikayəti araşdırmağa başlayıb. 

Araşdırılan şikayətlər, əsasən, vətəndaş cəmiyyəti qurumlarının, onların fəallarının bank hesablarının dondurulması, mülkiyyət, ədalətli məhkəmə araşdırması və şəxsi həyatla bağlı məlumatların qorunması hüququnun pozulması ilə bağlıdır.

Nəzrin Bədəlli
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo