Dünya

Belarus Rusiyadan uzaqlaşır - SƏBƏBLƏR

8 Fevral, 2017
667
Belarus Rusiyanın ərzaqların təhlükəsizliyinə nəzarət idarəsi – "Rosselxoznadzor"un rəsmilərinə cinayət işi açıb. Belarusun Daxili İşlər Nazirliyinin fevralın 7-də yaydığı bəyanatda bu barədə prezident Alyaksandr Lukashenka-dan tapşırıq gəldiyi, "Rosselxoznadzor"un rəhbəri, dövlətə zərər vurmaqda günahlandırılan Sergei Dankvert-lə bağlı araşdırma aparıldığı deyilir.

Rusiya Belarusdan gətirilən kənd təsərrüfatı məhsullarına bu yaxınlarda qadağa qoyub, Belarusun ölkəyə guya Qərbdən gələn məhsullar ixrac etdiyini bildirib.

"The Week" dərgisi Belarusun Rusiyayla hibrid müharibəyə hazırlaşdığını yazır.

YAVAŞ-YAVAŞ QƏRBƏ DOĞRU

Müəllifin sözlərinə görə, indiyə kimi Rusiyanın ən yaxın müttəfiqlərindən olan Belarusun mövqeyini Krıma müdaxilə dəyişib. "Belarus özünü sığortalamaqda ötrü indi Qərbə doğru, həm də yavaş-yavaş, ehtiyatla hərəkət etməkdədir", – məqalədə vurğulanır.

Bir neçə gün öncə – fevralın 3-də keçirdiyi mətbuat konfransında Belarus prezidenti A.Lukashenka özü də "Rusiya Belarusun ondan üz döndərəcəyindən, Lukashenka-nın Qərbə tərəf baxacağından narahatdır", – deyərək Rusiyanı sərt tənqid etmişdi.

Bu günlərdə Belarus əcnəbilərə viza şərtlərini yumşaltmaqla Moskvanı əndişələndirdi. Buna cavab olaraq Rusiya Belarusla sərhədə nəzarəti bərpa etdi.

Fevralın 5-də isə A.Lukashenka "qardaş Ukrayna"nın öz müstəqilliyi uğrunda vuruşduğunu söyləyib. Elə həmin günlərdə mətbuat Belarus ordusunun müharibəyə hazırlığı yoxlamaqdan ötrü təlimlər keçirdiyini yazıb.

Rusiyanın "TV Rain" ("Dojd") telekanalı Belarusla münasibətlərdə yeni tarixin ən böhranlı dövrünün yaşandığını bildirib.
 
SƏBƏBLƏR

"The Week" bu böhranın səbəblərinin mürəkkəb olduğunu yazır. Belarusun iqtisadiyyatı Rusiyadan çox asılıdır. Qərbin Rusiyaya sanksiyaları, digər tərəfdən Rusiyanın Belarusa satdığı enerjinin qiymətini qaldırması ölkənin iqtisadiyyatına ciddi ziyan vurub. Bu isə Belarusda stabilliyə təhlükə yaradıb.

Dərgi prezident A.Likashenka-nın eksperimentə başladığını vurğulayır. Ölkə rəsmiləri indi Qərb diplomatlarıyla görüşlər keçirirlər.

Rusiya mətbuatı da durumun yaxşı olmadığını, Qərbin yaranmış durumdan faydalanaraq Belarusda hakimiyyəti dəyişməyə, təxribatlara hazırlaşdığını yazır. Millətçilər hətta lazımdırsa, hərbi qüvvələri işə salaraq Belarusu Qərbdən qorumağı təklif edirlər.

Minskdəki Xarici Siyasət və Strateji Araşdırmalar Mərkəzinin direktoru Arseni Sivitski Rusiyanın, Ukrayna kimi, Belarusa da müdaxilə edəcəyini gözləməsə də, bunun mümkün olduğunu deyir.
 
"MÜHARİBƏ OLMAYACAQ"

A.Sivitski bu yöndə siyasət aparıldığını müşahidə etdiyini hələ keçən ilin sonunda yazırdı. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin hərbi yüklərin daşınmasıyla bağlı məlumat bazasında 2017-ci ildə Belarusa göndəriləcək vaqonların sayının 4 mindən çox olduğu göstərilib. A.Sivitski-nin dediyinə görə, bu vaqonlar hansısa təlimlər üçün ola bilməz, bütöv bir ordunu təchiz etməyə qadirdir. O, Moskvanın bu cür rəqəmlərlə Minskə psixoloji təzyiq göstərməyə, onu öz yanında tutmağa çalışdığını da istisna etmir.

Mətbuatla görüşündə A.Lukashenka "müharibə olmayacaq.. heç kim bizim ölkəmizi işğal etməyəcək, bura kimsə ordu göndərməyəcək. Biz özümüzü, öz müstəqilliyimizi qoruyacağıq", – demişdi.

Amma "The Week" Rusiyayla Belarus arasında gərginliyin ara-sıra yaşandığını da qeyd edir və Belarusun, hər şeyə rəğmən, Qərbdən çox Rusiyaya yaxın olduğunu, ancaq A.Lukashenka-nın da tez qərar verən diktatorlardan olmadığını vurğulayır.
 
 
mənbə: azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo