12:29, 21 Noyabr 2017 (Çərşənbə axşamı) 56

Belarus KGB-si ukraynalı jurnalisti saxlayıb

Belarus KGB-si ukraynalı jurnalisti saxlayıb
Belarus Dövlət Təhlükəsizlik Komitəsi (KGB) bildirir ki, bir ukraynalı jurnalisti casusluq ittihamıyla saxlayıb. Jurnalistin hərbi kəşfiyyat agenti olduğu bildirilir.

KGB noyabrın 20-də yaydığı bəyanatda Pavlo Şaroyko-nun oktyabrın 25-də həbs edildiyini vurğulayır.

Bu bəyanatdan 3 gün öncə Ukrayna Milli Jurnalistlər Birliyinin rəhbəri Serhiy Tomilenko Şaroyko-nun "Ukrayna Radiosu"nun müxbiri olduğunu, onun oktyabrın 25-də Belarusda saxlandığını bildirib və azadlığa buraxılmasını istəyib.

Belarus KGB-si Sharoyko-nu Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Direktorluğunun agenti adlandırır və onun jurnalistika adı altında casusluq etdiyini qeyd edir. Bəyanatda iddia olunur ki, Şaroyko Belarusda informasiya toplamaqdan ötrü agentlər şəbəkəsi yaradıb.

İddiaları təsdiqlətmək mümkün olmayıb.

AzadlıqRadiosu