Siyasət

Bəhruz Bayramlı: 'Mən Rüfət Səfərovun həyatından narahatam'

13 Mart, 2017
652
"Həbsdəki keçmiş müstəntiq Rüfət Səfərovun səhhəti narahatlıq doğurur”.

Bu gün, martın 13-də keçmiş müstəntiqlə görüşən vəkili Bəhruz Bayramlı AzadlıqRadiosu-na açıqlamasında belə deyib.

Vəkilin bildirdiyinə görə, R. Səfərova cəzaçəkmə müəssisəsində təxribat törədilib, günahı olmadığı halda cərimə kamerasına salınıb.

"Bu təxribat bir hadisə olmaqla bitmir. Bu davam edə bilər. Odur ki, mən R.Səfərovun həyatından ötrü narahatam, onun "kars”a (cərimə kamerası) salınması ilə bağlı qərarları götürmək istəsəm də, rəis olmadığından onu mənə vermədilər. Məcburam ki, qərarları poçtla alım”, deyən vəkil bununla bağlı məhkəməyə də müraciət edəcəklərini bildirib.

Hadisənin təfərrüatlarını danışan vəkil müdafiə etdiyi şəxsə istinadla deyib ki, gəzinti zamanı yaşı 60-dan yuxarı olan məhbus ona irad bildirib.

"Bundan sonra R.Səfərova "xalq düşməni”, "vətən xaini”, "yaşamağa haqqı olmayan” kimi ifadələr işlədib. R.Səfərov bununla bağlı həbsxana rəhbərliyinə bildirib. Həbsxana rəhbərliyi də hər iki şəxsi "mübahisə tərəfi” hesab edib. Həmin şəxsə 5, R.Səfərova isə 3 sutka "kars” cəzası verib”.

Rüfət Səfərov martın 6-da 3 günlük cərimə kamerasına salınmışdı.

Penitensiar Xidmətdən bu Rüfət Səfərovun məhbus yoldaşı ilə mübahisə etməsi ilə izah edilmişdi.

Vəkilin baş verənləri keçmiş müstəntiqə təxribat kimi dəyərləndirməsinə və onun səhhətindən narahat olmasına isə, Penitensiar Xidmətdən, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

R.Səfərov 2015-ci il dekabrın 20-də bəyanat yayaraq Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. O, bəyanatında hakimiyyəti hüquq mühafizə orqanlarının işinə görə, tənqid edib. Bundan sonra R.Səfərov saxlanaraq təkrar rüşvət ittihamı ilə Binəqədi rayon Məhkəməsinə çıxarılıb və barəsində 3 aylıq həbs qət-imkan tədbiri seçib. 2016-cı il yanvarın 22-də həbs qət-imkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsi istintaq apararaq R.Səfərovu təkrar rüşvət almaqda təqsirli bilib.

Lənkəran Ağır Cinayət İşləri üzrə Məhkəməsi 2016-cı ilin sentyabrında R.Səfərovu 9 il azadlıqdan məhrum edib. O, elə məhkəmə zalındaca həbs edilib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo