11:33, 12 Mart 2018 (Bazar ertəsi) 229

BƏƏ-dən İstanbula uçan təyyarə qəzaya düşüb

BƏƏ-dən İstanbula uçan təyyarə qəzaya düşüb


/ DÜNYA
Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan Türkiyə özəl təyyarəsi İranın cənub-qərbində qəzaya düşüb, 11 nəfər həlak olub.

İranın dövlət televiziyasının məlumatına görə, təyyarə Şarja şəhərindən İstanbula uçurmuş, martın 11-də İranda Şəhri Kürd vilayətində dağa dəyərək alovlanıb.

Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Twitter-də yazıb ki, qəzada səkkiz sərnişin həlak olub. Onlardan azı birinin biznesmen Hüseyn Başaranın ailə üzvü olduğu bildirilir.

Bombardier Challenger C600 təyyarəsindəki 3 ekipaj üzvü də həlak olub.

Şəhri Kürd Tehrandan 370 kilometr cənubda yerləşir.

Türkiyənin Nəqliyyat Nazirliyi təyyarənin Basaran Holding-ə məxsus olduğunu bildirib.