Siyasət

Bazara çevrilən metro çıxışları - REPORTAJ

20 Noyabr, 2017
920
Son vaxtlar metro stansiyalarının çıxışı sanki bazarı xatırladır. Belə mənzərə ilə demək olar ki, bir çox metro stansiyasının çıxışında rastlaşmaq olar. 

Stansiyaların çıxışlarında əsasən meyvə-tərəvəz, ağartı məhsulları satılsa da, pal-paltar, qab-qacaq piştaxtaları da yan-yana düzülür. 

Bəs görəsən bu hal metrodan çıxanlar üçün hansısa narahatlıq yaradırmı?

"Metrodan çıxar-çıxmaz bazara düşürsən”

İşə hər gün metro ilə gedib-gələn Bakı sakini Kəmalə xanım Toplum.Tv-yə deyib ki, təbii ki, metro girişlərinin bazara çevrilməsi xoşagələn hal deyil: "Adam metrodan çıxar-çıxmaz sanki bazara düşür. Piştaxtalarda olan mallardan əlavə səyyar satış da həyata keçirənlər var. Hamısı bir-birinə qarışır. Səhər elə də problem olmur, amma axşam qayıdanda bu vəziyyət sıxlıq yaradır. Bir vaxtlar metronun içərisində olan mənzərə indi çölündə yaşanır. Yolu keçməyə xeyli çətinlik çəkirik”.

Corab və digər buna bənzər məhsullar satılan piştaxtanın yanında dayan Afət xanım isə deyib ki, vaxtı olanda pal-paltar üçün ayaq saxlayıb baxır: "Əvvəllər adam nisbətən ucuz nəsə almaq istəyəndə metro keçidlərində olan mağazalara baxırdı. Ona görə yenə də ucuz nəsə tapmaq üçün çıxışdakı bu satış yerinə göz atıram. Burdan corab, uzunboğaz çəkmə, mətbəx üçün bir neçə qab-qacaq almışam. Təbii ki, o qədər də keyfiyyətli məhsullar olmadığını bilirəm. Gücüm buna çatır”.

"Gigiyenik cəhətdən narahat oluram”

Başqa bir şəhər sakini Elxan Bayramov isə belə satış edənlərə nisbətən haqq qazandırır. Deyir ki, hərə bir tikə çörək pulu qazanır deyə adam nəsə etiraz edə bilmir: "Amma mən gigiyenik cəhətdən narahat oluram. Metronun çıxışında bazar olanda istər-istəməz tullantılar çıxır. Ona görə də istəyərəm ki, heç olmasa təmizliyə riayət olunsun. Amma burda nəsə almağa gəlincə, bəzən ehtiyac olanda meyvə-tərəvəz alıram. Bəzən gül-çiçək də satırlar. Vaxtaşırı həmin güllərdən də alıram. Amma keyfiyyətindən şübhə etdiyim üçün geyim və ya kosmetik nəsə almamışam”. 

Satıcılıq edən Fərman Əsədovun fikrincəsə, onlar heç də insanların gediş-gəlişinə mane olmurlar: "Nəqliyyat növü kimi metrodan istifadə edən sərnişin elə də imkanlı təbəqə sayılmır. Ona görə də onların bizi anladığını düşünürük. Hamımız ehtiyacdan burdayıq. Düşünürəm ki, bir-birimizi başa düşürük. Burda qiymətlər də bazardan  nisbətən ucuzdur. Demək olar ki, alıcılara da burdakı qiymətlər sərf edir”.  

"Son vaxtlar bir az artıb”

Tural isə deyir ki, mövsümi meyvə-tərəvəzlərdən satır: "Əvvəllər də metro çıxışlarında satış olardı. Son vaxtlar bir az artıb. Görünür bu da insanların maddi durumunun yaxşı olmaması ilə bağlıdır ki, hərə bir tərəfdə çörəkpulu qazanır. Biz də səhərdən axşama kimi burdayıq. İşimiz yayda bir cür, qışda başqa cür çətindir. Bir az yağış yağan kimi tez üstünə sellofan çəkirik ki, mallarımız islanmasın. Bir yol tapıb işləyirik”. 

Kubra xanım isə deyir ki, burda əsasən oğlu işləyir, o, olmayanda oğlunu əvəz edir: "Yayda kosmetik məhsullar satırdıq. Bir də bayram ərəfəsi, xüsusən "8 Mart” bayramı ərəfəsində ətriyyat satırıq. İndi isə şərf , papaq mövsümüdür. Metro çıxışında ona görə satırıq ki, burada sərnişin çox olur. Metrodan çıxanda istər-istəməz maraqlanırlar”.

Sakinlər də, alıcılar da, elə metrodan çıxan, oradan heç nə almayan sərnişinlərin də dediyinə görə metro çıxışları hər gün bir az daha çox bazara çevrilir.

Türkan Bəşir 
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo